Aygün obrazdan obraza girdi - “Maşallah”
Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə olan layihəsini təqdim edib.
Versus.Az xəbər verir ki, “Maşallah” adlı mahnı DMC musiqi şirkəti imzası ilə dijital platformalarda yer alıb.
Pop kraliça və Genco "Maşallah" adlı mahnı üçün kamera qarşısına keçərək, kreativ bir klip də çəkdirib. Söz və musiqisi Gencoya aid olan mahnının rejissorluğu Pop divanın son layihələrində rejissorluq edən Selim Akara həvalə olunub.
Bu layihənin reallaşmasının əsas səbəbkarı Gencodur. Belə ki, işbirliyi ilə bağlı təklif məhz ondan gəlib. Duet haqda açıqlama verən türkiyəli sənətçi bu mahnını yazarkən Aygün Kazımovadan ilhamlandığını bildirib.
"Maşallah"ın klipi İstanbulda Beykoz Kundura fabrikində 40 nəfərdən ibarət heyət tərəfindən çəkilib. A.Kazımova ekran işində bir neçə obraz yaradıb. Ən fərqli və kreativ obrazlardan biri isə Pop divanın ultra uzun hörüklərlə lentə alınan səhnəsi olub. Bu obrazın hazırlanmasına saatlar sərf olunub.
Mahnı işıq üzü görmədən TikTok-da viral olub. Belə ki, bəstədən yayılan bir neçə saniyəlik parçaya sözügedən platformada qısa vaxtda minlərlə videolar çəkilib.
A.Kazımova layihədə dəstəyə görə dünyaşöhrətli modelyer, dostu Rüfət İsmayıla təşəkkür edib.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR
Yüksək sıxlıqlı lipoprotein çatışmazlığı...