"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

21:39 16-05-2024 | icon 534 | Siyasət
"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Hafiz Hacıyev: "İstərdik ki, budəfəki seçkilərə Ramiz Mehdiyev kimiləri müdaxilə etməsin"

 

"Parlamentdə müstəqil, tərəfsiz deputatlar olmamalıdır, partiyalar təmsil olunmalıdır. Yaxşı olardı ki, referendum keçirilsin və proporsional seçki sisteminə keçilsin, partiyaların cəmiyyətdə funksiyası daha da artsın".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

Partiya sədri növbəti seçkilərin daha demokratik keçiriləcəyinə inandığını bildirib:

 

"Bizim də gözləntilərimiz çoxdur və düşünürük ki, bu seçkilər tam demokratik və şəffaf keçiriləcək. İstərdik ki, budəfəki seçkilərə Ramiz Mehdiyev kimilər müdaxilə etməsin, normal seçki olsun. Azərbaycandakı demokratik mühitlə bağlı dünyadan, Qərbdən bəzi narazılıqlar var - söz azadlığı, mətbuat azadlığı və sair. Düzdür, bunların hamısı artıq təmin olunub ölkədə. Bəzi məmurlar aparıb qohumlarını parlamentə qoyur, eləsi var sevgilisini qoyur. Bu, deputat seçkisi demək deyil. Biz bu qınaqdan qurtulmaq üçün partiyaların rolunu nəzərə almalıyıq".

 

Hafiz Hacıyev deputatların sayının artırılmasının tərəfdarı olduğunu deyib:

 

"Yaxşı olardı ki, 24-25 partiyadan hərəsi parlamentdə 2-3 yer tutsun. Belə olsa, Azərbaycan ABŞ-ın, Avropanın qınağından kənarda qalardı. Hamısı bizdən bunu tələb edir. Əminəm ki, bunların hamısı olacaq, çünki ortada Prezidentimizin iradəsi var. Prezident həmişə demokratik mühitin formalaşması üçün böyük işlər görür. Əhalinin 7 milyon olduğu vaxtdan 125 deputat sayı müəyyən edilib. İndi 10 milyonuq. Yaxşı olardı ki, deputatların da sayı artırılsın. Say artsa, parlamentdə partiyalardan 30-40 nümayəndə təmsil olunsa, daha yaxşı olar". /metbuat.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI