Erməni kilsəsi ətrafında gedən OYUNLAR
Fuad Əliyev: “Kilsənin təşkil etdiyi aksiyalar Qərbin süni texnologiyası ilə şişirdilir”
“Erməni kilsəsinin Ermənistanda keçirdiyi etiraz aksiyaları görüntü xarakteri daşıyır. Qərb və bir sıra regionda maraqlı olan dairələr bu aksiyaların sanki getdikcə geniş vüsət aldığını, kəskinləşdiyini göstərmək üçün süni texnologiyalardan istifadə edirlər”.
Versus.Az xəbər verir ki, bunu Ermənistan kilsəsi ətrafında baş verənlərlə bağlı açıqlamasında siyasi ekspert Fuad Əliyev bildirib.
Fuad Əliyev qeyd edib ki, erməni kilsəsi Qərbin təzyiq aləti kimi çıxış edir:
“Əgər ABŞ hakimiyyətə gətirmək üçün kiməsə dəstək verirsə, mütləq onun yerinə keçirə biləcəyi 2-ci, 3-cü şəxsləri də hazırlayır. Əgər Paşinyan Qərbin siyasətindən kənar addım atıb onun istəklərindən kənara çıxırsa, dərhal digər namizədləri hakimiyyətə çıxarmaq üçün əllərindən gələni edirlər. Artıq görünən odur ki, Qərb dəyişiklik etmək istəyir”.
F.Əliyevin fikrincə, Ermənistandakı “5-ci kalon” Qərbdən maliyyə və digər dəstəkləri alaraq belə mitinqlərə əl atırlar. Ekspert hesb edir ki, son günlər Nikol Paşinyanın Azərbaycanla sülhə gəlmək istəyi ilə bağlı açıq çıxışları Qərb və digər maraqlı qüvvələri narahat etməyə bilməzdi:
“Eyni zamanda hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində danışıqlar getdikcə nəticəsini verir, delimitasiya prosesi başlayıb, artıq sərhədlərdə dirəklər qurulur. Bu, Fransa, ABŞ siyasətinə sərf etmir. Qərb Paşinyanın Azərbaycanla bağlı atdığı addımları qəbul etmədiyi üçün “5-ci kolon”larını işə salır. Həmin qüvvələr eyni ssenari ilə Gürcüstanda da fəaldırlar. Hər iki qonşu respublikada keçirilən aksiyada etirazçılar rəhbərliyin istefaya getməsi üçün çağrışlar edirlər. Gürcüstanda da eyni ssenaridir. Gürcü parlanmenti “Agent haqqında” qanun qəbul etdi. Belə bir qanun 60-70 ildir ki, ABŞ-da var. Amma nədənsə bu qanunun Gürcüstanda qəbul olunmasını istəmirlər. Görünür, Qərb maliyyələşdirdiyi QHT, media vasitələri və digər cəsus şəbəkələrinin fəaliyyəti üçün məhdudiyyətlərin yaranacağından narahatdır”.
F.Əliyev Qərbin SOROS və digər maliyyə fondları vasitəsi ilə bir zamanlar Azərbaycanda qarışıqlıq yaratmağa çalışdıqlarını vurğulayıb. Ekspert qeyd edib ki, bəzi Qərb institutları eyni missiyanı Azərbayacanda da həyata keçirib ölkədə iğtişaşlar, qarşıdurmalar yaratmaq üçün çalışırdılar:
“Düzdür, Azərbaycan SOROS fondunun fəaliyyətini dayandırdı və eləcə də qanunla QHT-lərin, digər təşkilatların fəaliyyətinin şəffaflığını təmin etdi. Amma Qərb istənilən vasitələrlə ölkənin içərilərinə nüfuz edib, daxili sabitliyi pozmaq üçün öz çabalarından əl çəkmir”.
F.Əliyev qeyd edib ki, bu gün Ermənistanda keçirilən aksiyaların başında duran keşiş meydanda toplanan insanlarla şəkil çəkdirib, guya etitaz aksiyasının sarsılmaz olduğunu göstərmək üçün təbliğat qurur:
“Əslində isə o meydanda göründüyü qədər aksiyaçı yoxdur. Vaxtilə Azərbaycanda Milli Şuranın keçirdiyi mitinqləri də təlatümlü göstərmək üçün guya minlərlə adamın yığışdığını göstərməyə çalışırdılar. Amma faktiki olaraq o mitinqlərə çox az adam qatılırdı. Qərb texnoloqları bu istiqamətdə çox yaxşı işləyir. Guya Ermənistanın çalxalandığını göstərmək üçün meydana toplaşan kütləni şişirdərək ictimaiyyətə təbliğ edirlər”.
Bütün bunlarla yanaşı F.Əliyev hesab edir ki, təsirlərə baxmayaraq Paşinyan axıra qədər sözünün üzərində dursa, sülh müqaviləsi imzalanacaq. İkinci mərhələdə isə Zəngəzur dəhlizi açılmalıdır.
T.Qafarlı
Xəbər lenti
Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR
Yüksək sıxlıqlı lipoprotein çatışmazlığı...