Dünyada 509 mindən çox insanda koronavirus aşkarlanıb

09:58 28-03-2020 | icon 858 | Dünya
Dünyada 509 mindən çox insanda koronavirus aşkarlanıb

Dünyada ümumilikdə 509 164 koronavirusa yoluxma halı və 23 335 ölüm faktı qeydə alınıb.

 

Versus.Az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yayılan gündəlik bülletendə bildirilib.

 

Statistik göstəricilərə görə, virusa yoluxanların sayı gün ərzində 46 min nəfərdən çox, ölənlərin sayı 2501 nəfər artıb. Yoluxma hallarının və ölüm faktlarının çoxu Avropada qeydə alınıb – 286 697 yoluxma və 16 105 ölüm. Gün ərzində burada yoluxanların sayı 36 414, ölüm halları isə 2155 nəfər artıb.

 

İkinci yerdə Çin, Koreya Respublikası və Yaponiyanı əhatə edən Qərbi Sakit Okean bölgəsi var. Martın 27-nə olan məlumata görə, burada 100 018 yoluxma və 3567 ölüm faktı qeydə alınıb. Üçüncü yeri Cənubi və Şimali Amerika tutur, burada cəmi 81 137 nəfər koronavirusa yoluxub, 1176 nəfər ölüb. Daha iki ölkədə koronavirus aşkar olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Kəlbəcərdə ağır QƏZA

Şəkər istehlakı xərçəngə yol açır?