Bakı şəhər Baş Polis İdarəsinin paytaxt sakinlərinə müraciəti

12:30 08-04-2020 | icon 343 | Hadisə
Bakı şəhər Baş Polis İdarəsinin paytaxt sakinlərinə müraciəti

Koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində DİN əməkdaşları tərəfindən koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

 

Bakı şəhər Baş Polis İdarəsindən Versus.Az-a verilən məlumata görə, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda müvafiq icazə olmadan hərəkət edən şəxslər, eləcə də nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri yoxlanılır. Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər davam etdirilir.

 

İnsanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədi ilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilib. İnsanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə icazə verilir:

"Pandemiya şəraitində vətəndaşları təmkin və anlayış göstərməyə, karantin tədbirlərinə dəstək olmaq məqsədilə özünü təcrid qaydalarına riayət etməyə çağırırıq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Kəlbəcərdə ağır QƏZA

Şəkər istehlakı xərçəngə yol açır?