MƏNİ BAĞIŞLA, ÖVLADIM!

15:11 02-06-2020 | icon 1023 | Köşə
MƏNİ BAĞIŞLA, ÖVLADIM!

TANRI PAYIMIN DOĞUM GÜNÜNƏ DİLƏYİM


İGİD TEYMURLU

 

DOĞUM GÜNÜN QUTLU OLSUN, MƏNİM TANRI PAYIM!..


Utanc hissi keçirirəm, talanan milyardlar qarşılığında sənin və səninkimilərin problemlərini görməzdən gələn AUTİST CƏMİYYƏT bəxş etdiyimə görə məni bağışla, ÖVLADIM!


Utanc hissi keçirirəm, Sənin payına göz dikib Sənin adından istifadə edərək sabun köpüyündən qala yapan yalançı diletantlar və məddahlar ordusunun yönəltdiyi ordu bəxş etdiyimə görə, məni bağışla, ÖVLADIM!
Utanc hissi keçirirəm, Sənin də timsalında Sənə vətəndaşına və hələ də işğal altında inləyən Vətən Daşına sahib çıxa biləcək VƏTƏN bəxş edə bilmədiyimə görə, məni bağışla, ÖVLADIM!


Utanc hissi keçirirəm, Sənə vətəndaşını ağrılarıyla, acılarıyla baş-başa qoyan və bu tragikomik səhnələri donuq baxışlar, istehzalı qəhqəhələrlə seyr edən dövlət bəxş etdiyim üçün, məni bağışla, ÖVLADIM!!!


Utanc hissi keçirirəm, Sənə əsir yurdun, əsir qız-gəlinin taleyinə sahib çıxmaq görəvini miras qoyduğuma görə, məni bağışla, ÖVLADIM!..


Sənə ötən illər ərzində doyunca yeməyib, doyunca içməyib, istədiyim kimi geyinməyib, istədiyim kimi istirahət etməsəm belə ancaq yenə də utanc hissi keçirirəm, Sən adlı Vətənin, Sən adlı Tanrı Payınıın problemlərini önləmək üçün Sənə dayaq duraraq ata borcumu tam ödəyə bilmədiyimə görə, məni bağışla, ÖVLADIM!..


Edə bilmədiklərimə görə, doğru bilib etdiklərim zatən ortalıqda. Bu həyatda namərd körpüsündən keçmədim, selin caynağında çarpışmanı özümə seçdim...Bu həyatda tülkü kölgəsində yatmadım, aslanlara tuş gəlib qurtulmaq üçün mücadilə yapdım. Mən Vətənin Harayına yetişdim, amma Məndən başlanan Vətənin HARAYI eşidilmədi. Heç zaman Sözə və Qələmə xəyanət etmədim. Ama o Sözün Sehriylə, Sözün Möcüzəsiylə, o Qələmin Qüdrətilə Sizlər üçün bir qala yapdım - qapısı Haqqa, Həqiqətə açılır, Tanrı Dərgahına!..


Bütün həyatımı Vətənimə və bir də doğmalarıma, Sizlərə bağışladım. Əhdim kəsilsə belə mənimlə yol yoldaşı olan, mənə doğma olan bütün Ağrılarımı içimdə əridib, edə bilmədiklərini görə dünyanın ən təmiz suyu olan göz yaşlarımı içimdə boğdum. Bizi duymasalar da, bizi eşitməsələr də ən çətin anlarımızda Sənə gerçək azadlığı bəxş edən Ananla birlikdə dərdlərimizi özü-özümüzə danışdıq, özü-özümüzə anlatdıq, Sizdə olan Vətən sevgisinin Vətənin Sizə olan münasibəti fonunda ölməsinə imkan vermədik. Zatən ətrafı qaranlıq bir dünya sarmış, AUTİST BİR DÜNYA, AUTİST ADAMLAR, AUTİST CƏMİYYƏT. Elə autistlər kimi bunların da öz dünyası var. Ancaq bunların dünyasında saflıq, təmizlik, haqq, ədalət, insaf, mürvət, insanlığa sevgi deyilən şey yox! Göz görə-görə, qulaq eşidə-eşidə insanı problemlər məngənəsində inlədən bu kəslər üçün insan sifətindəki əzabın son cizgiləri belə sanki zövq mənbəyinə çevrilib. Dantenin "İlahi yuxu"su səhnələşdirilib bu məmləkətdə. İllərdi ki, Vətən sevdalı Oğlanlar əzabda inləməkdə, ancaq böyük şairimiz Rüstəmxanlı demişkən, "..satqınların döşündə istiqlal ordenləri!". Bu məmləkətdə əhdi kəsilmiş atları güllələyirlər, ÖVLADIM!
Mən Səni yurda sipər ƏSGƏR kimi görmək istəyirəm, ama neynəmək ki, bu məmləkətdə Sənin əsgər olaraq böyüməyindən Dövlət Babanın adam sayıb ödülləndirdiyi, bu sahəyə xidmətçi olaraq yükümlü bilib səlahiyyət verdiyi kəslərin xəbəri yox, ÖVLADIM!..


Nə qədər Tanrı Payı canını fəda etdi bu yurd uğrunda!!! Özlərinə rəhmət oxuduq, ama Onların Arzularını yerinə yetirməmişik!


Səninlə yaşı və Səndən böyük olan Xorenlərə susmağımızla Vətən qazandırmışıq, bundan danışan yox! Ucuz və səviyyəsiz teleşoularla bütün bunları bizə unutdurub zamanı fövtə verirlər!!!


Bağışla məni, Övladım, bağışla!
Mən də babalarımı bağışlamışam!


AMMA biz həm də bir-birimizi bağışlaya-bağışlaya Vətəndə vətənsizləşmişik, dədə-baba yurd yerlərimiz 8 dövlətin əlinə keçib!


Bir əsrdə 4 dəfə əlifban, 4 dəfə kimliyin dəyişdirilib.... Bir əsrdə dəfələrlə deportasiyalara, soyqırımlara məruz QALMIŞIQ... Türk qardaşlarımızın timsalında Dostu düşmən, ermənilərin timsalında düşməni dost kimi sırıyıblar bizə. BÖLÜNMÜŞ xalq olaraq haqqımız rusun, farsın tapdağında.. Hər şeyi unutdurmaq istəyiblər, döyüşkən milləti mütrübə çevirmək istiqamətində çabalar edilib.


UNUTQANLIQ TÜRKÜN ƏN BÖYÜK DÜŞMƏNİ, UNUTMA BUNLARI, ÖVLADIM!


Göydəyəmmi, yerdəyəmmi, bilmirəm. Ama itirilən yurd yerlərimiz və insanların aşağılanma cəhdi fonunda göydən yerə vurulmuşlardanıq.


TANRI millətimizə, dövlətimizə yar OLSUN!


TANRI xoş sabahımız naminə Tanrı Paylarımızı qorusun!


Mən Sənə inandığım, mən Sənə güvəndiyim üçün bağışlanmağımı diləyirəm! Minlərlə günahımız qarşılığında bir Diləklə Uca Yaradan bizləri bağışlayır, biz kimik ki, bağışlamağı bacarmayaq. Bəli, səhvləri bağışlamaq olar, ancaq xəyanəti əsla, ÖVLADIM!


SİZ mənim Tanrı Payımsınız!


TANRI PAYIM, DOĞUM GÜNÜN QUTLU OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Mediadan Prezidentin Sərəncamına ilkin REAKSİYALAR

"Bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissini gücləndirir"

Koronavirusdan bu vasitə ilə qorunmaq olar

Paytaxtdakı partlayışda ölü sayı 18-ə çatdı

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

Cəbhədə gərginlik

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri