Rektor yubiley medalı ilə təltif edildi
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.
Versus.Az xəbər verir ki, Şahin Bayramov bununla bağlı sosial media hesabında paylaşım edib.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmək qürurvericidir. Fəaliyyətimizə verdiyi yüksək qiymətə görə Möhtərəm Prezidentimizə sonsuz təşəkkürümüzü bildiririk. Yubiley medalını Ulu Öndərimizin zəngin irsinin öyrənilməsi və təbliği sahəsində Mingəçevir Dövlət Universiteti (MDU) ailəsi üzvlərinin birgə əməyinə verilən yüksək qiymət olaraq dəyərləndiririk. Yubiley medalı ilə təltif olunan bütün həmkarlarımızı təbrik edirik"- deyə paylaşımda bildirilib.
Xəbər lenti
Parlamentin növbədənkənar sessiyası - “Ajiotaja ehtiyac yoxdur”
Deputat Milli Məclisin qərarının səbəblərini açdı