"Kilsə Rusiyanın son variantı idi"

18:16 17-05-2024 | icon 1322 | Geopolitika
"Kilsə Rusiyanın son variantı idi"

Təyyar Yəhyayev: “Ermənistanda proseslər Qərbin, Rusiyanın atacağı addımlardan asılıdır”

 

“Ermənistanda kilsənin hərəkətə keçməsi Rusiya siyasətidir. Kilsənin hərəkətə keçməsi Rusiyanın Ermənistandan əl çəkmək istəmədiyini göstərir. Rusiya Cənubi Qafqaz siyasətinin reallaşmadığını başa düşür və bütün varlığı ilə çalışır ki, ən azı Ermənistanda mövcudluğunu saxlaya bilsin”.

 

Versus.Az xəbər verir ki, bunu "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin sədr müavini Təyyar Yəhyayev Ermənistandakı aksiyalarda kilsənin arxasında dayanan qüvvələrə diqqət çəkərkən bildirib.

 

Kilsənin mitinqlərə qarışmasına baxmayaraq, Ermənistanda hakimiyyət çevrilişinin baş tutmadığını qeyd edən T.Yəhyayevin fikrincə səbəb odur ki, Ermənistanda iki qüvvə - Qərb və Rusiyanı dəstəkləyən qüvvələr qarşı-qarşıya dayanıb:

 

“Ruspərəst qüvvələr Paşinyanı devirib Rusiya siysətini davam edəcək adamların hakimiyyətə gəlmsini dəstəkləyirlər. Rusiya Amerikanın burada qurduğu oyunları yaxşı başa düşür və bütün imkanlardan istifadə edərək Ermənistanı öz təsirində saxlamaq üçün mübarizə aparır. Nəticələr Rusiya-Ukrayna müharibəsindən asılı olacaq".

 

T.Yəhyayev vurğuladı ki, Qərbin Ukraynada apardığı siyasət yanlışdır və Ukraynada qalib gəlməsi mümkünsüz görünür. Çünki bu müharibədə Qərb yalnız öz mənafeyini güdür.


Ermənistanın müstəqil siyasətinin olmadığına görə proseslərin Qərbin, Rusiyanın atacağı addımlardan asılı olacağını vurğulayan T.Yəhyayevin sözlərinə görə, Ermənistanın Rusiyadan aralanması bu ölkələr arasında gərginliyi çoxalda bilər:

 

"Eləcə də Qərb Ermənistanda hərəkətə keçməklə Rusiyanı zəiflətmək, Ukaynada nailiyyətlər əldə etmək niyyətini güdür. Son zamanlar Amerika üç dövlətə yardım ayırıb: Ukraynaya 61 milyard dollar, Türkiyəyə qarşı Yunanıstana, Çinə qarşı Taylanda. Bu o deməkdir ki, Qərb Ukraynadan sonra artıq yeni müharibələrin bünövrəsini qoyur”.

 

T.Yəhyayaev 1918-ci ilə qədər ermənilərin müstəqil dövlət və dövlətçilik ənənələrinin olmadığını, sovet dönəmində öz ərazilərini Azərbaycanın torpaqları üzərindən genişləndirmə tarixinə diqqət çəkməklə Rusiyanın iştirakçılığını qeyd edib:

 

“Ermənistan sovetlər dağıldıqdan sonra da “Böyük Ermənistan” xülyasını davam edirdi. Lakin Nikol Paşinyanın hakimiyytə gəlməsi Ermənsitanda yeni dövrün başlanğıcı oldu. Ermənistnda Rusiyanın gücünü görən Qərb yavaş-yavaş bu regiona daxil olmağa başladı və Paşinyanı hakimiyyətə gətirərək qarşısında öhtəliklər qoydu. Qərb Paşinyanı başa saldı ki, başqa dövlətlər hesabına ərazisini genişləndirmək yox, özünü Rusiyadan asılı olmadan müstəqil inkişaf etdirməlidir. Beləliklə, Paşinyan hakimiyyətə gələndən sonra Qərbin tapşırıqlarını yerinə yetirməyə başladı. Ona görə də Rusiya bu gün son variant kimi kilsəni siyasətə qatıb. Eyni zamanda kilsənin ruspərəst qüvvələrə dəstək olmasına baxmayaraq, Paşinyan tərəfdarları da az deyil. Qərbin Ukraynada çox yanlış siyasət aparması təcrübəsinə istinad edən qüvvələr, o qütbün Ermənistana yaxşı heç nə vəd etmədiyini düşünür. Çünki Ukrayna-Rusiya müharibəsində kimin uğur qazanmasnadan asılı olamayaraq Ukraynanın bir dövlət kimi mövcudluğu məsələsi ortadadır. Ermənistan müstəqil qərar verib regionda sülhün bərqərar olmasına doğru addım atmasa, eyni aqibət onu da gözləyə bilər”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda