"Sülhməramlılarla bağlı səslənən iddialar absurddur"

16:00 17-05-2024 | icon 338 | Siyasət
"Sülhməramlılarla bağlı səslənən iddialar absurddur"

Arzu Nağıyev: “Sülhməramlıların getməsi Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmədi”

 

“Rusiya Qarabağı tərk edirsə, bu o demək deyil ki, Azərbaycan Qərbin burda yerləşməsinə imkan verəcək. Bu mümkün deyil. Azərbaycanın müstəqil daxili və xarici siyasəti var və onu dəyişmək fikrində deyil”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Arzu Nağıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etməsi və bu yöndə ortaya atılan bir sıra nüanslarla bağlı açıqlamasında bildirib.

 

Deputatın szölərinə görə, bundan sonra Qərbin Qarabağa BMT missiyası gətirməsi mümkün deyil. Çünki sülhməramlıların əsas məsəsləi barışıq yaratmaq, sülhü bərqərar etmək idisə, indi Qarabağda konflikt yaradan tərəflər yoxdur. Və bu uzdən də hər hansı sülh misiyasına da ehtiyac qalmır.

 

A.Nağıyev qeyd edib ki, Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti olduğu 44 günlük savaşdan sonra imzalanan üçtərəfli sazişdə göstərilib. Eyni zamanda bu məsələnin ötən ilin oktyabr ayında Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarovanın -Rusiya sülhməramlı qüvvələrin Qarabağda qalma müddəti Azərbaycanla birgə razılaşdırılaraq müəyyənləşdiriləcək” fikirləri ilə açıq ifadə edilib:

 

“Həmin müddətdən çox vaxt keçmədən artıq Azərbaycan Daxili İşlər Nazirliyinin, digər qurumların yerli nümayəndələri Qarabağ ərazisində qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirirlər. Bu gün Azərbaycan silahlı qüvvələri sərhədlərinizi ən yüksək səviyyədə qorumağa qadırdır. Sülh müqaviləsi və delimitasiya prosesi bitdikdən sonra Sərhəd qoşunları öz işini layiqincə görəcək”.

 

A.Nağıyev eyni zamanda Qarabağda, Xankəndi və ətraf rayonlarda antiterror əməliyyatları bitdikdən sonra orada sülhün bərqərar olunması və reinteqrasiya istiqamətində müxtəlif addımlar atılmaqla sülhməramlıların da funksiyası dəyişdiyini deyib. Onun sözlərinə görə, Rusiya tərəfi başa düşür ki, sülhməramlı mandatının 2025-ci ilə qədər olmasına baxmayaraq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanandan sonra regionda eyni missiya ilə qalmalarına ehtiyac olmayacaq:


“Sülhməramlıların Qrabağda qalmasına lüzum yoxdur. Sülhməramlıların bölgəni tərk etməsi bir daha sübut edir ki, Qarabağ münaqişəsi məsələsi tamamilə qapanıb. Digər bir tərəfdən Rusiya sülhməramlıları ilk dəfə postsovet dövlətinin ərazisini könüllü olaraq tərk edirlər. Rus hərbçilərinin tamamilə gedib-getməyəcəyi, eləcə də minaların təmizlənməsində onlardan necə istifadə edilə biləcəyi ilə bağlı ictimaiyyəti narahat edən suallara gəlincə, bu sülhməramlıların missiyasına uyğundur".

 

Deputat artıq Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin də öz fəaliyyətini dayandırdığını qeyd edib və Türkiyə Milli Müdafiə Nazirliyinin bu barədə bəyanat yaymasına diqqət çəkib. Bildirib ki, Monitorinq mərkəzi 2021-ci ildən fəaliyyət göstərirdi. Bu gün Qarabağ ərazisində hərbi əməliyyatlar aparılmırsa o Mərkəzin fəaliyyətinə də ehtiyac qalmayıb:

 

“Azərbaycan Rusiyaya qarşı “təcili regionu tərk et” kimi bəyanatlarla çıxış etmədi. Sadəcə vurğulanırdı ki, sülhməramlılar üçtərəfli bəyanata əsasən yalnız 2025-ci ilə qədər Azərbaycan ərazisində qala bilər.
Rusiya hərbçilərinin vaxtından əvvəl Qarabağdan çıxmağı onu deməyə əsas verir ki, Moskva və Bakı ən yüksək səviyyədə siyasi razılığa gəliblər və bu, öz təsdiqini də tapdı. Sülhmərəmlı kontigentinin Qarabağa gələndə sayı 1960 nəfər olmaqla kiçik, iri çaplı silahlara malik idilər. Eləcə də 90 transpartyor və 300 ədəd avtomobil və texnikaları var idi. Bu gün bütün bunların hamısı çıxarılır. Azərbaycan xarici hərbi kontingentin öz ərazisindəki mövcudluğundan tam azad olur”.

 

A.Nağıyev bildirib ki, Rusiya hərbi kontingentin heç bir gərginlik yaradılmadan ərazilərimizi tərk etməsi sosial şəbəkələr üzərindən tirajlanan iddiaların da cəfəngiyyat olduğunu ortaya qoydu. Deputat qeyd edib ki, Azərbaycan müstəqil siyasət yürütməklə yanaşı, paralel digər ölkələrlə ən yüksək səviyyədə əməkdaşlıq əlaqələri qurub:

 

"Belə yersiz iddiaları qəsdən irəli sürüb Azərbaycana qarşı istifadə etməyə çalışanlar bu “rıçaqlarını” da itirdilər.
“Biz heç bir hərbi blokun üzvü deyilik, eyni zamanda hər bir hərbi blokla, ölkələrlə ikitərəfli razılaşdırılmış əlaqələrimiz var. Ona görə də səslənən iddialar absurddiur və bu, hansısa maraqlı qrupların gözlədiyi kimi Rusiya-Azərbaycan münasibtlərinə heç bir mənfi təsir göstərmədi”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI