Ermənilərin iddia etdikləri Ağrıdağın zirvəsindən dünyaya QARABAĞ AZƏRBAYCANDIR! ÇAĞIRIŞI

16:14 23-07-2020 | icon 1580 | Gündəm
Ermənilərin iddia etdikləri Ağrıdağın zirvəsindən dünyaya QARABAĞ AZƏRBAYCANDIR! ÇAĞIRIŞI

Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) fəalları Ağrıdağın hündürlüyü 5 137 metr olan zirvəsində “Ermənistanın təcavüzkar siyasətinə son qoyulsun!” (“StopArmenianAgression”) və “Qarabağ Azərbaycandır!” (“Karabakh is Azerbaijan”) şüarları yazılmış plakatı nümayiş etdirməklə Azərbaycana dəstək aksiyası keçiriblər.

 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi TÜRKAZDER fəalları bu qürurverici addımla həm də Azərbaycan Diaspor Könüllülərinin bütün sosial media şəbəkələrində #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression həştəqləri ilə apardıqları kampaniyanı, “KarabakhisAzerbaijan” “YouTube” kanalını dəstəklədiklərini, azərbaycanlı gənclərlə yekdil və həmrəy olduqlarını bildiriblər.

 

Ağrıdağdakı aksiya zamanı dərnək fəalları Ermənistanın törətdiyi hərbi təxribatlara və Azərbaycanın əzəli torpaqlarını işğal etməsinə etirazlarını bildiriblər.

 

Azərbaycan torpaqlarının işğaldan azad olunmasını Ermənistandan tələb edən gənclər bu məqsədlə ermənilərin iddia etdikləri Ağrıdağın zirvəsində “Qarabağ Azərbaycandır!” plakatını qaldıraraq, Türkiyədən bütün dünyaya Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha bəyan ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...