Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

16:27 08-05-2024 | icon 383 | Siyasət
Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Könül İsmayılova: “Slovakiya ilə diplomatik münasibətlər 1993-cü ildə qurulub”

 

“Ölkələrimiz arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə, Müdafiə Sənayesi Nazirliklərimiz arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu, Müdafiə Nazirliklərimiz arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı. Qeyd edim ki, Azərbaycan-Slovakiya münasibətləri tarixi kökə malikdir. Təsadüfi deyil ki, Slovakiya Azərbaycanın müstəqilliyini hələ 1992-ci ildə tanıyıb və 1993-cü ildə diplomatik münasibətlər qurulub”.

 

Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatı ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açıldığını vurğulayan Könül İsmayılova qeyd edib ki, ölkələrimiz arasında bu gün imzalanan mühüm sənədlər Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gündür. Onun sözlərinə görə, səfər çərçivəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə hər iki ölkənin əlaqələrini ən yüksək səviyyəyə qaldıran sənəddir:

 

“Ölkə başçımız bəyan etdi ki, strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini müəyyən edir. Azərbaycan-Slovakiya münasibətlərinə diqqət yetirildikdə aydın görünür ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir. Ümumiyyətlə, Azərbaycan hər zaman ölkələrlə dostluq, əməkdaşlıq əlaqələrinə böyük önəm verib. Bu baxımdan əməkdaşlıq qurduğumuz ölkələr çoxluq təşkil edir. Qarşılıqlı əməkdaşlıqla bağlı imzalanmış dövlət sənədləri münasibətləri daha da dərinləşdirir”.

 

Görüş zamanı Prezident İlham Əliyev hazırda Azərbaycanın 8 ölkəyə öz təbii qazını ixrac etdiyini və Slovakiyanın bu yöndə 9-cu ölkə olacağını dedi. K.İsmayılovanın fikrincə, bunun üçün yaxşı imkanlar yaradılıb:

 

“Cənab Prezidentin də dediyi kimi, ölkəmizdə qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlayıb. Bununla yanaşı genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır. Hesab edilir ki, bu qənaət olunmuş qazın əsas ünvanı Avropa olacaqdır”.

 

Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqamətinin də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyəti olmasına diqqət çəkən K.İsmayılova vurğuladı ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək:

 

“Ölkə başçımızın da dediyi kimi, bu, əlaqələrimizin səmimiliyinin dərəcəsinin göstəricisi olaraq böyük rəmzi məna daşıyır...

Qeyd etmək yerinə düşər ki, Azərbaycanla Slovakiya müstəqil siyasət aparan iki ölkədir və ölkələrimiz bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qarşımızda yeni hədəflər, yeni çağırışlar var”

Qənirə Paşayevasız 1 il...

“Mən bilirəm nə zaman necə nə etmək lazımdır” kəlamının doğurduğu REALLIQ

“Qənirə Paşayeva - İTHAF” - SƏRGİ

Siyasətçilərin də axışdıqları Vudu bazarı

UEFA "Barselona" klubunu cəzalandırdı

Planetin xəritəsi YENİLƏNİR?

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

Ən çox və ən az kredit verən BANKLAR