Yeni nağıl qəhrəmanı yaradın! - Müsabiqə

05:25 13-08-2020 | icon 842 | Mədəniyyət
Yeni nağıl qəhrəmanı yaradın! - Müsabiqə

"Şərq-Qərb” ASC uşaqlarda kitaba marağın artırılması, mütaliə həvəsinin gücləndirilməsi məqsədilə rəssam və animatorlar arasında Yeni nağıl qəhrəmanı – müasir simvolik personajın yaradılması üzrə müsabiqə elan edir.

 

Versus.Az xəbər verir ki, bu barədə "Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı məlumat verib.

 

Yeni nağıl qəhrəmanı – müasir simvolik personaj yaradılarkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:

 

 

• Orijinal olmalı, başqa məşhur nağıl qəhrəmanlarına, obrazlara bənzəməməlidir;

 

• Uşaqlar tərəfindən sevilməli, ilk baxışdan etibarən onlarda maraq doğurmalı, müsbət emosiyalar yaratmalıdır;

 

• Bundan sonra yaradılacaq əsərlərdə, nağıllarda, ssenarilərdə, filmlərdə, animasiya filmlərində, televiziya verilişlərində və sosial şəbəkələrdə əsas obraz kimi çıxış etmək üçün yararlı və universal olmalı, üçüncü şəxsin əqli mülkiyyət hüququnu pozmamalıdır.

 

Təqdim edilən əsərlər tanınmış incəsənt xadimlərindən ibarət Münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və 3 yer üzrə mükafatlandırılacaq:

 

I-ci yer: 3000 AZN (1 nəfər)  II-ci yer: 1000 AZN (2 nəfər)  III-cü yer: 500 AZN (3 nəfər)

 

Əsərlər elektron formatda [email protected] ünvanına və ya kağız şəklində Bakı ş., Aşıq Ələsgər küç., 17, "Şərq-Qərb” ASC ünvanına göndərilməlidir. Müəllif haqqında qısa məlumat (ad, soyad, atasının adı, ünvan və əlaqə nömrələri) əlavə edilməlidir.

 

Əsərlərin qəbulu avqustun 15-dən oktyabrın 15-ə qədər davam edəcək. Müsabiqənin nəticəsi 16 noyabr 2020-ci il tarixində elan olunacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?