Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

07:46 29-04-2024 | icon 276 | Mədəniyyət
Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Xalq artisti Tünzalə Ağayeva xalq şairi, dramaturq, ictimai xadim Səməd Vurğunun ev-muzeyini ziyarət edib.

 

Versus.Az xəbər verir ki, pop ulduz bununla bağlı şəxsi “İnstagram” hesabında video paylaşıb.

 

T.Ağayeva yayımladığı videoya belə bir şərh yazıb:

“Sənətinin sənətkarı, dahilərin mühitində seçilən sənətkar olmaq bir xoşbəxtlikdir. Səməd Vurğunun Xavər xanımla yaşadıqları evdə olmaq, Üzeyir Hacıbəylinin, Qara Qarayevin , Fikrət Əmirovun , Arif Məlikovun , Süleyman Ələsgərovun, Səid Rüstəmovun, Yusif Səmədoğlunun ifa etdiyi pianoda oxumaq, hə, bir də Böyük Səməd Vurğunun nəticəsi dəyərli pianoçu Vurğun Vəkilovun müşayətində oxumaq tam başqa bir seçilməkdir. Şəxsimə, sənətimə olan etibar və dəyərdir. Allahın sonsuz lütfünə həmd olsun. Böyük azərbaycanlılar sizə uşaqlığımdan vurğunam, musiqi mədəniyyətimin, ana dilimin, ədəbiyyatımın dahiləri, ruhunuz şad olsun”.

 

Sözügedən paylaşım böyük maraqla qarşılanılıb.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT