“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

08:46 10-05-2024 | icon 350 | Siyasət
“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Könül İsmayılova: “Bu dostluq ölkələrimiz arasında da dostluq əlaqələrini möhkəmləndirir”

 

“Azərbaycanla Bolqarıstan arasında 2015-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmış və ötən dövrdə iki dövlət arasında əlaqələr uğurla inkişaf etmişdir”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatla bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Bolqarıstanın Avropada ölkəmizə dost, ən etibarlı tərəfdaş ölkələrdən biri olduğunu vurğulayan Könül İsmayılova qeyd edib ki, hər iki dövlət arasında fəal siyası əlaqələr mövcuddur:

 

“Cənab İlham Əliyevlə Rumen Radev arasında olan şəxsi dostluq ölkələr arasında da dostluq əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfələr verir. Qeyd edim ki, səfər zamanı Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə dair Bəyannamənin imzalanması əlaqələri daha yüksək səviyyəyə çatdıracaq”.

 

K.İsmayılova bildirdi ki, son dövr Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb ki, bunun da əsasını enerji sahəsində əməkdaşlıq təşkil edir:

 

“Azərbaycan Bolqarıstanın əsas qaz ixracatsızıdır və bu ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan qazının Avropaya ixracında Bolqarıstan tranzit ölkəyə çevrilib. Bolqarıstan ərazisindən keçən Azərbaycan qazı digər Avropa dövlətlərinə də ixrac edilir. Hər il bu dövlətlərin sayı artmaqdadır. Yaxın vaxtlarda Azərbaycanda istehsal ediləcək yaşıl enerji də Bolqarıstana ixrac ediləcək”.

 

K.İsmayılova bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin bir seqmenti olaraq Şərqdən Qərbə və əks istiqamətdə yük daşımalarına böyük töhfə verir. Onun sözlərinə görə, dəmir yolunun Azərbaycan dövlətinin sərmayəsi ilə modernləşdirilməsi nəticəsində yükdaşımaların həcmi hər il artmaqdadır.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq