Bakıda məşhur körpü SÖKÜLƏCƏK

12:10 20-05-2024 | icon 260 | Sosial
Bakıda məşhur körpü SÖKÜLƏCƏK

Xeyli müddətdir Cavanşir körpüsünün söküləcəyi deyilirdi. Bu haqda ilk xəbər Globalinfo.az saytında dərc olunub.

 

Artıq məsələ qətiləşib. Belə ki, bu gün saat 17:00-dan etibarən Bakının Xətai rayonunda yerləşən sözügedən körpünün söküntüsünə start veriləcək. Bu qərar bir çox sürücülər tərəfindən narazılığa səbəb olub. Onlar körpü söküldükdən sonra tıxacın daha da artacağını bildirirlər.

 

Nəqliyyat eksperti Elməddin Muradlı verilən qərarın doğru olduğunu bildirib. Onun sözlərinə görə, tıxac körpü sökülənə qədər olacaq:

 

“Orada iş görüldüyü üçün müvəqqəti tıxac yaranacaq. Gecə və bazar günü işləmək olar. Amma onun da başqa problemləri var. Körpü qısa müddətə söküləcək, ciddi problem də yaranmayacaq. Əslində, normal hərəkət mexanizmi qura bilərlər. Məsələn, geriyə dönmə yeri, ikitərəfli hərəkət və digər variantlara baxmaq olar. Mexanizm onu göstərir ki, körpü söküldükdən sonra o ərazidə fərqli hərəkət trayektoriyası olacaq”.

 

Artıq bu yol ötürücüsünə ehtiyac yoxdur. Son illərə kimi körpünün altından dəmir yolu xətləri keçirdi. Artıq bu kommunikasiya ləğv edilib. Üstəlik körpünün ətrafında yeni infrastruktur yaradılıb. O infrastruktura ətrafdakı yaşayış binaları, həmçinin yeni ticarət mərkəzi aiddir. Bir arqument də budur ki, yol ötürücüsü artıq istismar müddətini başa vurub və keyfiyyəti xeyli dərəcədə aşağı düşüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanı yenidən Rusiyaya bağlamaq HƏDƏ-QORXUSU

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT

Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti AÇILACAQ

Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır

"ƏDV geri al"la bağlı İDDİA

"Qaçqınkom"da tələbələrlə görüş keçirilib

Füzulinin 530 illiyinə töhfə

Üç xanım direktor vəzifəsindən azad edildi

Əsrin SİRRİ

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

"Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır"

Türkiyədən tarixi QƏRAR

Laçın və Şuşada ƏMƏK YARMARKALARI

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə QOŞULUB

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ