Şair İltifat Salehin xatirə gecəsi keçirilib

19:14 20-05-2024 | icon 387 | Mədəniyyət
Şair İltifat Salehin xatirə gecəsi keçirilib

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin "Unudulmayanlar" lahiyəsi çərçivəsində AYB-nın üzvü, Mərhum şair İltifat Salehin xatirə  gecəsi keçirilib.

 

Versus.Az xəbər verir ki, təntənəli mərasimdə rəsmilər, şairin ailə üzvləri, yaxın dostları, tanınmış yazıçı və şairlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbiri Giriş sözü ilə açan AYB-Lənkəran bölməsinin sədri Qafar Cəfərli şair İltifat Salehin yaradıcılığından söz açıb. O, unudulmaz şairin Azərbaycan poeziyası üçün əhəmiyyəti və onun ədəbiyyatımızda tutduğu mövqedən danışıb. Q.Cəfərli İltifat Salehin yazdığı şeirlər oxucularının ürəyində silinməz iz qoyduğunu vurğulayıb.

 

Tədbirdə çıxış edənlər şairlə bağlı xatirələrini bölüşüblər.


Şairin qızı Afaq Eyvazova İltifat Salehin yaradıcılığana verdiyi dəyərə, yüksək səviyyəli təşkilatçılığa görə Lənkəran MKS-in və AYB-Lənkəran bölməsinin rəhbərliyinə minnətdarlığını bildirib.

 


Tədbirin bədii hissəsidə Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinin muğam üçlüyü -  sözləri İltifat Salehin, musiqisi bəstəkar-musiqişunas Zəminə Tariyelqızının "Bu Sevgi" mahnısı, skripka ifaçısı Müqabil Kamandar, Xanəndə Əsəd Məmmədovun ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Tədbirdə həmçinin məktəblərinin ifasında şair İltifat Salehin yazdığı şeirlər səsləndirilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK