Azərbaycanda boşanmaların əsas SƏBƏBLƏRİ

13:33 15-05-2024 | icon 205 | Cəmiyyət
Azərbaycanda boşanmaların əsas SƏBƏBLƏRİ

Azərbaycanda respondentlərin yarıdan çoxu boşanma qərarının verilməsini legitim edən əsas amilin ailədə narkomaniya və alkoqolizm problemi olduğunu düşünür.

 

Versus.Az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Müasir Azərbaycan ailəsi” mövzusunda hazırladığı analitik - hesabatda qeyd olunub.

 

İkinci amil kimi isə ailədaxili şiddət, zorakılıq problemi (27,3%) qeyd olunub. “Deviant” hesab olunan davranışların, yəni “ağır” səbəblərin boşanma qərarını legitimləşdirən hallar kimi ən çox seçilməsi boşanma statistikasındakı artıma baxmayaraq, ailə münasibətlərinin insanlar üçün əhəmiyyəti ilə əlaqəlidir.

 

Növbəti pillələrdə xarakter uyğunsuzluğu (16,4%) və nikahdankənar münasibət (16,4%) cavabları yer alıb.

 

Demoqrafik göstəricilərə görə bölgüdə bir sıra əhəmiyyətli fərqlər üzə çıxıb. Boşanmanı legitimləşdirən hal kimi ailədaxili şiddət və zorakılığı göstərənlər arasında qadınlar kişilərdən daha çoxdur. Belə ki, qadınların 33,8%-i, kişilərin 20,6%-i belə cavab verib. Bu, zorakılığa həssaslıqda ciddi gender fərqlərinin olmasını nümayiş etdirir.

 

Digər mühüm məqam ailədaxili şiddətin qavranılmasında yaş fərqlərinin olmasıdır. Belə ki, bu amilə həssas yanaşanlar daha çox cavan nəslə aid respondentlərdir. Yaşı 35-ə qədər olanların 34%-i, yaşı 55-dən çox olanların yalnız 20%-i bu cavabı seçib.

 

Narkomaniya və alkoqolizmə həssaslıqda yaş qrupları arasında statistik əhəmiyyətli fərq qeydə alınmayıb. Şəhər əhalisi arasında narkomaniya və alkoqolizmi, ailədaxili şiddəti boşanmanı legitimləşdirən hal kimi göstərənlər daha çoxdur. Kənd yerlərindən olan respondentlər arasında xarakter uyğunsuzluğu və digər qohumların ailəyə müdaxiləsini seçənlər o biri qruplara nisbətən üstünlük təşkil edir. Ailəni hər bir halda qoruyub saxlamaq lazımdır deyənlər də, daha çox kənd tipli yaşayış yerlərindən olan respondentlər arasındadır.

 

Bundan başqa, keçirilən sorğu nəticəsində ailəni boşanma qərarından saxlayan ən əsas səbəb kimi azyaşlı uşaqların olması (53,9%) göstərilib. Bu, Azərbaycan ailəsinin övlad mərkəzçiliyinin təzahürü hesab oluna bilər. Bu yanaşmaya görə, ailədə uşaqların tələbatları, onların fiziki, emosional inkişafı ön plana çəkilir, ailədəki digər məsələlər, hətta ər-arvad münasibətlərindəki narazılıqlar ikinci dərəcəli yer tutur. Qeyd edək ki, kişi respondentlərin 48,7%-i, qadınların isə 59,0%-i bu cavabı seçiblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI