30 il sonra alınan İNTİQAM

10:24 15-05-2024 | icon 263 | Hadisə
30 il sonra alınan İNTİQAM

“Azərsu” əməkdaşı QƏTLƏ YETİRİLİB

 

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Bayram Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

“Qafqazinfo”nun məlumatına görə, o, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub. Azad Məcidovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə 47 yaşlı B.Abbasov 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Hadisə ötən ilin dekabrında Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib. B.Abbasov münaqişə zəminində böyük qardaşı Vasif Abbasovu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

 

Müttəhimin və şahidlərin sözlərinə görə, hadisə baş verən gün Vasif qardaşını yaşadıqları evdən çıxararaq həmin evi öz mülkiyyətinə keçirmək istəyib. Bildirilib ki, əvvəllər də əmlak üstündə iki qardaş arasında ciddi mübahisələr olub. Sonuncu dəfə qeydə alınan mübahisə Bayramın böyük qardaşını öldürməsi ilə nəticələnib.

 

Evin kiçik qardaşının ifadəsindən məlum olub ki, öldürülən V.Abbasov 30 il əvvəl qardaşını - təqsirləndirilən şəxsi bıçaqladığı üçün həbs olunubmuş. Buna görə, onlar arasında müxtəlif mövzularda daim ədavət yaşanıb. 

 

Qeyd edək ki, V.Abbasov “Azərsu” sukanal idarəsində çilingər vəzifəsində işləyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu, riyakarlığın və ikiüzlülüyün son həddidir"

Azərbaycanda 10 min illik SİRLİ TƏSVİR

Qondarma “azərbaycanlı dəstəsi”ndən XƏBƏR VAR

ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ

Yaşı 1000 ili keçən Viking xəzinəsi

"YouTube"da çoxdan gözlənilən YENİLİK

Qan xərçəngi ilə əlaqəli əsas gen TAPILDI

Alimlərdən COVİD-lə bağlı heyrətamiz AÇIQLAMA

"Sənin məndən heç xoşun gəlmədi"

Haşim Səfiuddin öldürülüb?

Bakı metrosu ilə bağlı PİS XƏBƏR

Rusiyalı alimdən maraqlı AÇIQLAMA

Bu gün Beynəlxalq MÜƏLLİMLƏR GÜNÜdür

Peraki satılan yerdə İYRƏNC MƏNZƏRƏ

Taksilərlə bağlı YENİLİK