Hikmət Hacıyev İstanbulda beynəlxalq media qurumlarının nümayəndələri ilə müzakirələr aparıb
“İstanbulda akkreditə olunmuş beynəlxalq media qurumlarının nümayəndələri ilə geniş diskussiya və açıq dialoq qurmaq çox xoş təəssürat yaratdı”.
Versus.az-ın yerli bürosunun xəbərinə görə, bunu hazırda İstanbulda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün twitter səhifəsində yazıb.
H. Hacıyev bildirib ki, beynəlxalq media qurumları ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, regional və beynəlxalq mövzularda geniş müzakirələr aparılıb.
Qeyd edək ki, H.Hacıyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımovdan ibarət nümayəndə İstanbulda səfərdədir.
Dünən Azərbaycanlı nümayəndə heyətinin İstanbulda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və bir sıra dövlət, media qurumlarının rəhbər şəxsləri ilə görüşü keçirilib.
H. Hacıyevin bu gün daha 6 görüşü nəzərdə tutulub.
Səfər sabah başa çatacaq.
Versus.az
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"