Gəncə Ermənistanın raket hücumuna məruz qalıb
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev düşmənin gecə yarısı Gəncə şəhərini raket hücumuna tutması ilə bağlı məlumatı “Twitter” hesabında paylaşıb.
Paylaşımda qeyd olunub ki, gecə yarısı Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Ermənistanın raket hücumuna məruz qalıb:
“3 yaşayış binası dağıdılıb. İndiyə qədər qadınlar da daxil olmaqla yeddi nəfərdən çox mülki şəxs öldürülüb, 33 nəfər ağır yaralanıb. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”.
In the midst of night Ganja city came under missile attack of Armenia. 3 residential buildings destroyed. As of now 7+civilians, as well as women killed. 33 civilians inlc kids seriously wounded. Armenia hides itself behind humanitarian ceasefire to attack Azerbaijani civilians. pic.twitter.com/bZR3vf2LyO
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 11, 2020
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"