İranda prezidentliyə 592 iddiaçı var, 40 nəfəri qadındır

22:12 16-05-2021 | icon 310 | Dünya
İranda prezidentliyə 592 iddiaçı var, 40 nəfəri qadındır

İranda prezidentliyə namizədlərin qeydiyyatı bu gün yerli vaxtla saat 18:00-da başa çatıb.

 

Versus.az-ın məlumatına görə, 5 günlük müddət ərzində 592 nəfər prezidentliyə namizədlik üçün qeydiyyatdan keçib ki, onlardan 40 nəfəri qadındır.

Bu rəqəm öncəki prezident seçkiləri ilə müqayisədə 2 dəfə azdır. Belə ki, öncəki prezident seçkilərində 1636 nəfər prezidentliyə namizədlik üçün qeydiyyatdan keçmişdi ki, onlardan 137 nəfəri qadın idi.

Prezidentliyə namizədlərin qeydiyyatı ilə bağlı bir çox diqqət çəkən məqamlar olub. Bu günün son saatlarında ölkənin Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, sabiq spiker Əli Laricani, İran Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, İran prezidentinin birinci müavini İshaq Cahangiri və “Sepah”ın sabiq komandiri Möhsin Rzayi kimi tanınmış simalar namizəd kimi qeydiyyatdan keçiblər.

Ümumiyyətlə, bu dəfəki prezident seçkilərində 45 tanınmış sima öz namizədliyini irəli sürüb.

Qeyd edək ki, İran Konstitusiyasına Nəzarət Şurası bu gündən namizədliyi qeydiyyata alınanlarla bağlı araşdırmaya başlayıb. Şura may ayının 26-da səlahiyyəti təsdiq olunmuş şəxslərin adlarını elan edəcək. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə