COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

16:11 26-04-2024 | icon 492 | Siyasət
COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Könül İsmayılova: “İkitərəfli münasibətlərin ən fəal dönəmlərindəyik”

 

“Rəsmi Bakı işğaldan azad edilən əraziləri “yaşıl enerji zonasına” çevirmək istəyir. Bu istiqamətdə ardıcıl işlər görülür”.

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı ilə bağlı açıqlamasında bildirib.

 

 

Könül İsmayılova bildirdi ki, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisi olan COP29-a hazırlığın fəal mərhələsindəyik və müsbət nəticələr gözləyirik:

 

“Rəsmi Bakının işğaldan azad edilən ərazilərə investisiya, xarici şirkətlərin cəlb edilməsinə dair iqtisadi konsepsiyası var. Cənab İlham Əliyev çıxışında diqqəti Laçın şəhərinə yönəldib. Görünən budur ki, yenidən qurulan bu füsunkar şəhərimiz demək olar ki, tamamilə yaşıldır. Dünyanın gözü qarşısında Laçında irimiqyaslı inkişaf gedir. Bütün bunlar Qarabağın və Şərqi Zəngəzun gələcəkdə tam bərpa edilmiş simasını ortaya qoyacaq”.

 

K.İsmayılova xatırlatdı ki, ötən ilin may ayında Prezident İlham Əliyevin 30 illik həsrətdən sonra Laçına qayıdan ilk sakinlərə evlərinin açarlarını təqdim etdi və hazırda bu proses davam edir:

 

“Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Laçının azad edilməsi Azərbaycanın güclü siyasi iradəsinin göstəricisi idi. Ölkə başçısı tutduğu siyasi yolla davam edir və Azərbaycan xalqı əmindir ki, dövlət olaraq bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola biləcəyik”.

 

K.İsmayılova İlham Əliyevin COP29-a ev sahibliyi edən ölkənin Prezidenti qismində Petersberq Konfransına dəvət olunmasının da önəm kəsb etdiyini bildirdi. Qeyd etdi ki, orada Almaniyanın rəhbərliyi ilə görüşlər olacaq ki, bu da ikitərəfli münasibətlərin ən fəal dönəmlərindən olacaq.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...