Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR

16:10 06-05-2024 | icon 262 | Sosial
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR

“Artıq təsərrüfatlara da hücum edirlər”

 

Şəkinin Qayabaşı kəndi son vaxtlar sanki məişət tullantıları poliqonuna çevrilməsinə, kənddə sahibsiz itlərin tüğyan etməsinə baxmayaraq, yerli bələdiyyə və icra orqanının əməkdaşları heç bir tədbir görmürlər. 

 

Bu barədə Bizim.media-nın yerli bürosuna kənd sakinləri məlumat veriblər. 

 

Qeyd olunub ki, antisanitar vəziyyət kəndi həm də sahibsiz heyvanların məskəninə çevirib. Zibillik əraziyə yığılan sahibsiz itlər, hətta vəhşi heyvanlar insanların təsərrüfatına da ziyan vurur.

 

Belə ki, bir neçə gün əvvəl həmin zibillik ərazinin yaxınlığında yerləşən evlərdən birinə hücum edən sahibsiz itlər dörd baş xırdabuynuzlu heyvanı tələf edib.

 

Sakinlər bildiriblər ki, yaşayış evlərinin yaxınlığına zibil tökülməsi nəticəsində burada üfunət iyindən dayanmaq olmur. Bu səbəbdən sahibsiz itlər də ərazini özlərinin məskəni seçib və onların sayı hər gün artmaqdadır. Digər tərəfdən, sahibsiz itlərlə yanaşı son vaxtlar ərazidə çaqqal və canavarlara da rast gəlinir ki, bu da ərazidəki təsərrüfat heyvanlarına da hər an təhlükə yaradır. 

 

Sakinlərə məxsus bir neçə baş xırdabuynuzlu heyvanların məhz vəhşi heyvanlar tərəfindən məhv edilməsi buna əyani misaldır. Baş verən son hadisə isə ərazidə yaşayan insanlar üçün əsasən də azyaşlıların məktəbə gəlib-getməsində ciddi problem yaradır.

 

Məsələ barədə kənd icra nümayəndəliyindən və bələdiyyədən mövqe öyrənmək mümkün olmayıb. Necə ki, dəfələrlə sakinlərin də müraciətinə bu cür etinasız yanaşılıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...