DTX ƏMƏLİYYAT

17:05 24-05-2021 | icon 454 | Hadisə
DTX ƏMƏLİYYAT

Ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs saxlanılıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

 

Bildirilib ki, qurumun xarici ölkələrin ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən Azərbaycan Respublikasının vətəndaşlarının müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində mübarizə tədbirlərini davam etdirir.

 

Aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı 1986-cı il təvəllüdlü Camalov Orxan Tofiq oğlunun 2014-cü ildə ölkə hüdudlarını tərk edərək İŞİD terror təşkilatının Suriyadakı silahlı qruplaşmasına daxil olması, həmin qanunsuz birləşmənin tərkibində fəaliyyət göstərməsinə dair əldə edilmiş məlumatlar əsasında əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

 

Əvvəllər Orxan Camalov Zaqatala rayon sakini İlqar Mollaçiyevin rəhbəri olduğu “Meşə qardaşları” adlı qanunsuz silahlı birləşmənin üzvlərinin ölkə ərazisində terror-təxribat aktları törətmək niyyətlərinin qarşısının alınması məqsədilə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvana baxış keçirilərkən əl qumbaraları və müxtəlif çaplı patronlar aşkarlandığına görə müvafiq cinayət işi üzrə məhkum olunub.

 

Orxan Camalov azadlığa çıxdıqdan sonra “Hanzala” ləqəbli Şamil adlı şəxsin dəvəti və köməyi ilə 2014-cü ilin avqust ayında Türkiyə Respublikasına, oradan isə qanunsuz yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçərək həmin dövlətin Rakka şəhərinə gedib. Orxan Camalovun orada İŞİD terror təşkilatına tabe olan “Azəri camaatı” adlı qanunsuz silahlı birləşməyə qoşulmasına, həmin cinayətkar qrupun tərkibində təlimlərdə və silahlı münaqişələrdə iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Orxan Camalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə məqsədilə yaradılmış qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

O, dindirilmə zamanı din adı altında aldadılaraq həmin bölgəyə getdiyini, orada baş verən hadisələrin dinin əsl mahiyyətinə zidd olduğunu və törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiyini bildirib.

 

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ