Avropa Birliyindən Bakı və İrəvana çağırış

05:50 29-05-2021 | icon 1489 | Gündəm
Avropa Birliyindən Bakı və İrəvana çağırış

Avropa Birliyi Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır və delimitasiya və demarkasiya məsələlərində yardım etməyə hazırdır.

 

Versus.Az xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici siyasət xidmətinin məlumatında deyilir.

 

“Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr təhlükəlidir və narahatlıq doğurur. Dərhal deeskalasiya olmalıdır. Avropa Birliyi hər iki tərəfi hər hansı bir hərbi yerləşdirmə və hərbi addımlardan çəkinməyə çağırır”, – deyə bildirilir.

 

Sənəddə AB-nin sərhəd delimitasiyası və demarkasiyası məsələlərində tərəflərə kömək etməyə hazır olduğu deyilir:

“AB sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində təcrübəsini bölüşməyə və yardım göstərməyə, eləcə də Cənubi Qafqazda davamlı sülh və firavanlığa doğru irəliləmək üçün ehtiyac duyulan etimad tədbirlərini dəstəkləməyə hazırdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...