Ərdoğan Azərbaycana səfərindən danışıb

16:58 27-10-2021 | icon 403 | Geopolitika
Ərdoğan Azərbaycana səfərindən danışıb

"Əziz qardaşım Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana birgünlük səfərimizi uğurla başa vurduq. Qardaş Azərbaycanı onuncu dəfə iyun ayında ziyarət etmişdim. Qardaşım İlham Əliyevlə Şuşadan sonra bu dəfə işğaldan azad edilən Füzuli və Zəngilanda bir araya gəldik".

 

Versus.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

"Səfər çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında aparılan yenidənqurma və bərpa işlərini yaxından izlədik. Həmin ərazilərdə iqtisadi potensialın canlandırılması, nəqliyyat xətlərinin tikintisi və yenilərinin çəkilməsi ilə bağlı fəaliyyətləri birgə analiz etmiş olduq. Azərbaycanın nailiyyətlərinə ən az azərbaycanlı qardaşlarımız qədər biz də sevinirik. Türkiyə olaraq bu layihələrin bir parçası olmaqdan qürur duyuruq.

 

Səfər çərçivəsində qardaşım Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılışını etdik. Bu aeroport 8 aylıq rekord zamanda tikilib. Beləliklə, əsas hava nəqliyyatı marşrutunun açılışını həyata keçirdik. Bu hava limanı təkcə Azərbaycan üçün deyil, ümumilikdə Qafqaz üçün daşımalarda əlavə imkan yaradacaq. Azərbaycanın regiondakı inkişaf istiqamətində atdığı addımları dəstəkləyirik. Çox qısa müddətdə başa çatdırılan mühüm nəqliyyat mərkəzinin fəaliyyət göstərməsində əməyi olan hər kəsi təbrik edirəm", - Ərdoğan əlavə edib./Mənbə: Haberglobal

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə