“Rusiya bununla Azərbaycan və Türkiyəni şantaj etməyə çalışır”

11:55 12-11-2021 | icon 434 | Geopolitika
“Rusiya bununla Azərbaycan və Türkiyəni şantaj etməyə çalışır”

"Rusiya bununla Azərbaycan və Türkiyəni şantaj etməyə çalışır”

 

 

Versus.az xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın çərşənbə günü təşkil edilmiş brifinqdə çıxışı zamanı dediyi “Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağa genişmiqyaslı səfərləri praktikasının tezliklə bərpasını vacib sayır” və yaxud Zaxarovanın  sözlərinə əlavə edərək, “Biz hesab edirik ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu Qarabağ tam formatlı səfərləri praktikasını mümkün qədər tez bərpa etmək vacibdir” fikirlərini şərh edərkən bildirib.

 

S.Hümbətov hesab edir ki, Zaxarovanın bu iki cümləsindən bir neçə nəticə çıxartmaq olar.

 

“Birincisi,  Rusiya ənənəvi olaraq proseslərə öz maraqları kontekstindən yanaşır, Rusiya ATƏT-i regiona yenidən dəvət etməklə münaqişənin daha da uzadılmasına çalışır, Rusiya ATƏT-i öz xarici siyasəti naminə istifadə etməyə çalışır, Rusiya bununla Azərbaycan və Türkiyəni şantaj etməyə çalışır.

 

Şübhəsiz ki, Rusiyanın bu cür avantürist addımlarının nə Azərbaycanın, nə də Türkiyənin Qarabağla müvqeyinə təsir edəcəyini düşünmürəm. Ona görə ki, münaqişənin 30 ilə yaxın uzanmasının əsas səbəblərindən və səbəbkarlarından biri də məhz ATƏT-in Minsk Qrupunun bu məsələ işlə məşğul olması idi. Artıq Azərbaycan öz silahlı qüvvələrinin gücü hesabına öz ərazilərini işğaldan azad edib. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Rusiya "sülhməramlıları" Qarabağda müvəqqəti dislokasiya olunub və onların fəaliyyət müddəti 5 illikdir. Bu da onu ifadə edir ki, Rusiya Qarabağda uzunmüddətli qala bilməz”.

 

Politoloq hesab edir ki, Rusiya II Qarabağ savaşından sonra özünü regionda "sülhməramlı" göstərməyə çalışsa da, atdığı addımlardan bu niyyətdə olmadığı açıq şəkildə görünməkdədir. Onun fikrincə, məhz bu səbəbdən Rusiya XİN sözçüsü Mariya Zaxarovanın ATƏT-lə bağlı söylədiyi fikirləri regiondan sabitliyin bərpasına və üzunmüddətli sülhün əldə edilməsinə kölgə kimi qiymətləndirmək olar.

 

S.Hümbətov bildirib ki, II Qarabağ savaşından sonra uzun illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vəsitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə ehtiyac qalmadı. Ona görə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin 2020-ci il dekabr ayında regiona sonuncu səfəri çərçivəsində Azərbaycanda olduğu zaman ölkə başçısı cənab İlham Əliyev həmsədrlərə açıq şəkildə bildirmişdi ki, Azərbaycan bu münaqişəni öz silahlı qüvvələri hesabına həll edib və onların fəaliyyətinə ehtiyac qalmayıb.

 

“ 9-10 iyul 2021-ci il tarixlərində Azərbaycan hökuməti tərəfndən təşkil edilən və ölkəmizdə fəaliyyət göstərən xarici ölkə diplomatlarının Şuşaya səfəri zamanı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin, yəni ABŞ, Rusiya və Fransanın Azərbaycanda fəaliyyət göstərən diplomatları bu səfərə qatılmadılar. Daha sonra isə 26 iyul 2021-ci ildə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Ermənistan-Azərbaycan sərhəddinə səfər edib və qoşunların təmas xəttində müşahidələr aparıb. Bu isə sözügedən dövlətlərin münaqişəyə nə dərəcədə ikili standartla yanaşmasının göstəricisi hesab edilə bilər. Təbii ki, təəssüflər qeyd etmək lazımdır ki, dövlətlər arasında hələ də Azərbaycanın qələbəsini qəbul etmək istəməyən və münaqişəni daha uzunmüddətli davam etməsini istəyənlərə də rast gəlmək mümkündür”-deyə, S.Hümbətov ATƏT-in regionla bağlı mövqeyini açıqlayıb.(hafta.az)

 

Ləman

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ