“Tehran öz davranışının yanlış olduğunu anladı”

12:59 22-11-2021 | icon 541 | Geopolitika
“Tehran öz davranışının yanlış olduğunu anladı”

Ramiyə Məmmədova: "Rusiya Türk dünyası ilə əməkdaşlıq edir, İran isə artıq tək qalır"

 

Görünür Türkiyə və İran təmas nöqtəsi tapırlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfər edəcəyi bildirilir. Türkiyə və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Hüseyn Əmir Abdullahianın bu yaxınlarda keçirilən görüşündə isə İran və Türkiyə arasında uzunmüddətli əməkdaşlıq üçün “yol xəritəsi”nin hazırlanması ilə bağlı razılığın əldə olunduğu açıqlanıb.

 

Cənubi Qafqazda Türkiyə və İran əməkdaşlığı, o cümlədən “3+3” formatında (Türkiyə, Rusiya, İran və Azərbaycan, Gürcüstan, Ermənistan) nə dərəcədə mümkündür?

 

Versus.Az Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədovanın oxu.az-a müsahibəsini təqdim edir.

 

- Gəlin, əvvəlcə İranla Azərbaycan arasında bir müddət əvvəl nəyin baş verdiyindən danışım. Tehranda Azərbaycanın qələbəsi ilə sonlanan müharibənin nəticələrinə mənfi reaksiya verildi. Müvafiq olaraq Ankara ilə Tehranın münasibətləri də pisləşdi.

Aydındır ki, İran İslam Respublikasının rəhbərliyi Ermənistanı nə qədər çox dəstəkləyirsə, Türkiyə və Azərbaycanla münasibətlər də bir o qədər pisləşir. Buna görə də Tehranda bu davranışın yanlış olduğunu anlayıblar.

Rusiya ilə yanaşı Türkiyə və İran Cənubi Qafqazda ciddi təsirə iddia edən iki ölkədir. İran Azərbaycanda öz siyasətini din amildən istifadə edərək aparırdı. Ancaq artıq bizim regionda Türkiyənin rolu İranın rolundan əhəmiyyətli dərəcədə artıqdır.

 

- Bəs “3+3” formatı barədə nə düşünürsünüz?

 

- Bu platforma İran üçün faydalı olacaq. Ancaq o halda ki, Tehran Türkiyə və Azərbaycan üçün uyğun olan çərçivələrdə davranacaq.

 

- Demək olarmı ki, İranla Türkiyə arasında münasibətlərdə hazırkı istiləşmə Ankaranın rəsmi Tehranın Azərbaycana qarşı aqressiv siyasətinin bütün nəticələrini İrana açıq şəkildə izah etməsi ilə bağlıdır?

 

- Bəli. İrana göstərildi ki, bölgədə problemləri təkbətək qala bilər. Ermənistan kömək etməyəcək, bu aydındır, heç Rusiya da Tehrana hər hansı əhəmiyyətli yardım göstərməkdə xüsusi maraqlı deyil.

Moskva və Ankara indi müttəfiqdirlər, hətta bəzi mübahisəli vəziyyətlər yarananda belə kompromislər tapırlar. Həm kürd məsələsi, həm də Vaşinqtonla Ankara arasındakı münasibətlər üzrə əməkdaşlıq mövcuddur. ABŞ imtina edərsə, Türkiyə həmişə Rusiya silahlarını ala bilər. Buna baxmayaraq, Ankara balansı qoruyur. İran isə indi ən azı ikinci plandadır.

 

- Bəs bu yaxınlarda keçirilən Türk Şurası – Türk Dövlətləri Təşkilatının sammiti İranda əlavə narahatlıqlara səbəb ola bilərdi? Türk amili güclənir, İranın ətrafında, eyni zamanda ölkənin özündə də on milyonlarla türk var.

 

- İran çıxılmaz vəziyyətdə qalıb. Məsələn, göz ardı edilə bilməyəcək indiki Türkiyəyə baxaq. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın simasında Bakı və Ankara türk dünyasını birləşdirmək üçün hər şeyi edir. Burada aqressiv niyyətlər yoxdur, birləşmə istəyi var - həm mədəni, həm də iqtisadi.

Rusiya Türk dünyası ilə əməkdaşlıq edir, İran isə, artıq dediyim kimi, tək qalır. Buna görə də Tehranda Azərbaycan, Türkiyə və ümumilikdə türk dünyası ilə münaqişəyə girməməyə qərar verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ