"Sünik təhlükədədir, Tavuşu da geri alacaqlar, Ermənistan qalmayacaq" - İşxanyanın təlaşı

15:53 23-11-2021 | icon 397 | Geopolitika
"Sünik təhlükədədir, Tavuşu da geri alacaqlar, Ermənistan qalmayacaq" - İşxanyanın təlaşı

Ermənistan təlaş içində. Amma xarici havadarlarının dəstəyi ilə bu vəziyyətdən çıxacaqlarına ümid edirlər. erməni hüquq müdafiəçisi Avetik İşxanyan dediklərinə diqqət çəksək bunu görmək olar.

 

Versus.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Avetik İşxanyan bildirib: “Müəyyən ümidlərim var ki, vəziyyəti dəyişmək üçün real imkan yaranıb, çünki vəziyyətimiz doğrudan da ölümcüldür. Ümid edək ki, bəlkə bu dəfə müxtəlif siyasi qüvvələr, nəinki ictimai xadimlər, Ermənistandakı vəziyyətdən ciddi narahat olan bütün insanlar, kortəbii şəkildə də olsa da, küçələrə çıxacaq, müqavimət hərəkatı başlayacaq. Buna sonradan təşkilati xarakter verilə bilər”.

 

Hüquq müdafiəçisinin sözlərinə görə, müqavimət hərəkatı yetişsə belə, artıq gecdir, çünki ötən il noyabrın 9-da üçtərəfli bəyanatdan sonra

Paşinyan hakimiyyətinə qarşı tədbirlər görülməli idi.

 

“Lakin müqavimət baş tutmadı və bu gün Sünik (Zəngəzur) artıq təhlükə altındadır. Sünik təhlükəsi isə Ermənistanın sonu deməkdir. Sünikdən sonra dilim dönmür deyim ki, Tavuşu da geri alacaqlar. Ala-ala gəlirlər, bir sözlə, Ermənistan qalmayacaq.

 

Ona görə də, bu gün hamı Ermənistanın məhv edilməsinin qarşısını almaq üçün rəğbət və inciklikləri, təhqirləri, keçmiş və indiki təsəvvürləri bir kənara qoymalıdır”, – deyə Avetik İşxanyan bildirib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ