Məktəbdə bullinq: Şagird intihara cəhd etdi

12:30 31-01-2022 | icon 441 | Təhsil
Məktəbdə bullinq: Şagird intihara cəhd etdi

 

Azərbaycanda məktəblərin birində qız şagirdlər arasında ciddi insident baş verib.

 

Versus.Az xəbər verir ki, hadisə Ucar rayonunun Qaradağlı kənd məktəbində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 13 yaşlı Z.Ə.-yə (qız) qarşı onun sinif yoldaşı N.D. (qız) tərəfindən müəyyən qanunsuz hərəkətlər edilib.

 

Belə ki, N.D. Z.Ə-ni təhqir edib, döyərək xəsarətlər yetirib. Bundan sonra Z.Ə. intihara cəhd edib. Onun bilək nahiyəsini kəsdiyi bildirilir.

 

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 

Qeyd edək ki, bəzi xəbər saytlarında yer alan yazılara əsasən Z.Ə. bir deyil, bir neçə şagird tərəfindən qanunsuz hərəkətlərə məruz qalıb.

 

Həmin yazılara əsasən demək olar ki, əslində Z.Ə. bulinqə məruz qalıb. Belə ki, iddialara görə, N.D.-nin digər uşaqları da öyrətməsi nəticəsində onların bir qismi də Z.Ə.-yə qarşı müəyyən xoşagəlməz hərəkətlər ediblər.

 

Hazırda şagirdin valideyni N.Əzizov qızına qarşı qanunsuz hərəkətlər edən şagirdin sinfinin, yaxud məktəbinin dəyişdirilməsinə çalışır.

 

Artıq Ucarın Qaradağlı kənd məktəbində şagirdin intihara cəhd etməsi fatkı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"