Universitetdə Elmi Şuranın iclası keçirilib

16:35 09-02-2022 | icon 428 | Təhsil
Universitetdə Elmi Şuranın iclası keçirilib

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

 

Versus.az xəbər verir ki, birinci məsələ - payız imtahan sessiyasının gedişi haqqında universitetin Tədris Departamentinin rəhbəri Elturan Yusifovun məruzəsi dinlənilərək müzakirə edilmişdir.

 

Sonra ümumi pedaqogika, rus dili və iqtisadiyyat kafedraları müdirlərinin 5 illik hesabatları dinlənilərək müzakirə edilmişdir. Aparılan müzakirələrdə çıxış edənlər adları çəkilən kafedraların fəaliyyətini qənaətbəxş hesab ediblər.

 

Sonra Mərdan Məmmədovun təsviri incəsənət kafedrasının, Tahir Məmmədovun riyazi analiz kafedrasının, Gültəkin Qasımovanın ekologiya və təbiəti mühafizə kafedrasının, Səba Namazovanın Azərbaycan və dünya ədəbiyyatı kafedrasının, Günay Kazımovanın təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti elmi adını almağa dair vəsatət qaldırılmış, eləcə də universitetin kimya kafedrasının dosenti Elxan Cəfərova və psixologiya kafedrasının dosenti Cəfər İbrahimova universitetin “Fəxri Professoru” adının verilməsi ilə bağlı məsələlərə baxılıb.

 

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...