“Bu soyqırım aktı həqiqi hüquqi-siyasi qiymətini almayıb”

 

15:13 25-02-2022 | icon 568 | Gündəm
“Bu soyqırım aktı həqiqi hüquqi-siyasi qiymətini almayıb”
 

ADP-dən Xocalı soyqırımının 30-cu il dönümü ilə bağlı bəyanat

 

 

20-ci əsrin bəşəriyyətə qarşı törədilən ən qanlı cinayətlərindən biri olan - Xocalı soyqırımından 30 il ötür. 26 fevral 1992-ci il tarixində işğalçı erməni silahlı qüvvələri və Rusiya ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərində dinc əhalinin xüsusi amansızlıqla kütləvi qırğını törədilmişdir. Baş vermiş qətliam onu törədənlərin əsl mənəvi, əxlaqi, mədəni simasını, bəşəri dəyərlərdən və çağdaş sivil dünyadan nə qədər uzaqda olduqlarını tam çılpaqlığı ilə ortaya qoymuş oldu.

 

ADP Xocalı soyqırımından 30 il ötməsinə baxmayaraq bu qətliama hələ də dünya ictimaiyyəti və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən əsl siyasi və hüquqi qiymət verilmədiyindən, bu bəşəri cinayəti törədənlərin təşkilatçılarının və iştirakçılarının bu günə kimi cəzasız qalmasından təəssüfləndiyini və dərin narahatlıq keçirdiyini bildirir.

 

ADP belə hesab edir ki, insan hüquq və azadlıqlarını özünün ali dəyəri və təməl prinsipləri kimi qəbul edən dünya dövlətlərinin bu günə kimi Xocalı qətliamına susqunluq nümayiş etdirməsi başa düşülən deyil və nə qədər ki, Azərbaycan xalqına qarşı törədilən bu soyqırım aktı həqiqi hüquqi-siyasi qiymətini almayıb heç bir xalq və toplum anoloji cinayətdən sığortalana bilməz.

 

ADP dünyada mövcud olan ikili standartlar ucbatından Xocalı soyqırımı kimi hadisələrə vaxtında hüquqi-siyasi qiymət verilməməsini bu gün dünyanın təhlükəsizliyini təhdid edən Rusiya-Ukrayna arasında müharibənin inkişaf etməsinə gətirib çıxardığını bildirir və bir daha dünya dünya ictimaiyyətini Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməyə çağırır.

ADP xalqımızı tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımını heç vaxt unutmamağa, gələcək nəsillərimizin bu tipli faciələrlə üzləşməməsi üçün 26 fevral tarixini xalqımızın gen yaddaşına daşımağa, gələcəkdə bu tipli faciələrlə üzləşməməyimiz üçün ayıq-sayıq olmağa, milli həmrəyliyimizi daim qoruyub saxlamağa, bu soyqırımı dünya xalqlarına çatdırılmasında xalqımızın bütün imkanları birləşdirməyə, eyni zamanda Azərbaycan dövlətini Xocalı qətliamının dünyada əsl qiymətini alması və bu qətliamı törədənlərin cəzalandırılması istiqamətində ardıcıl olaraq səylərini davam etdirməyə çağırıb.

ADP Xocalı soyqırımı zamanı həlak olmuş soydaşlarımızın əziz xatirəsi qarşısında baş əydiyini, onların yaxınlarına və əzizlərinə Allahdan səbr dilədiyini bildirir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?