"Rusiya bu dəfə ciddi bir bataqlığa girib"

19:44 25-02-2022 | icon 714 | Gündəm
"Rusiya bu dəfə ciddi bir bataqlığa girib"

Ruslan İmamquliyev: “Ukraynanın müharibədən mübariz çıxması dünyada gözlənilən dəyişikliklər adına mühümdür”

 

Rusiyanın Ukraynaya qarşı fevralın 23-dən başlayan hərbi müdaxiləsi davam edir. Dünya ictimaiyyəti regionda hərbin dili ilə diqtə edən Rusiyanın soyuqqanlı davranışını və Ukraynanın bu təcavüzdən necə yaxa qurtaracağını analiz edir. Rusiyanın Ukrayna sərhədlərini pozması sülhün, təhlükəsizliyin çevrəsinin genişlənməsi həyəcanını yaratmaqla yanaşı, eyni zamanda dünyanı iqtisadi böhranla üz-üzə qoya bilər. Yaxud, bu müharibədə” pusquda” olan güclər öz “qənimətini” götürmək üçün çabalayır. Nə baş verir, gözləntilər nədir?

 

Versus.az xəbər verir ki, tanınmış hərbi ekspert, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev şərhində bildirib ki, Rusiya bu dəfə ciddi bir bataqlığa girib. Hətta bu müharibənin sonu Rusiyanın parçalanması ilə də nəticələnə bilər. 

 

“Mövcud vəziyyətdə Rusiyanın üzləşdiyi sanksiyalar və bundan başqa, baxmayaraq ki, bir sıra Qərb dövlətləri “biz bu müharibəyə daxil ola bilmərik” desələr də, o cümlədən, NATO bu haqda bəyanat versə də, istənilən şəkildə onların bu prosesdə bir müdaxiləsi olacaq. Ona görə də görünən mövcud vəziyyət odur ki, Rusiya tamamilə təklənmiş vəziyyətdədir, indiki çətin durumdan daha da uçuruma doğru getmək üzrədir”.

 

R.İmamquliyev bildirib ki, hazırda sahədə Ukraynanın təkbaşına döyüşməsi mənzərəsi görünsə də, görünməyən reallıqlar var:

 

“Amma görünənlə gerçək arasında hər bir zaman fərq olur. Düşünmürəm ki, Ukrayna bu müharibədə təkdir. O, yetərincə həm hərbi, həm də maddi və mənəvi dəstək almaqdadır. Ukrayna bu müharibədən yenilmiş kimi görsənsə belə, qalib kimi çıxacaq. Ukraynanın bu müharibədən mübariz olaraq çıxması dünyada gözlənilən dəyişikliklər adına mühümdür. Daxildə gedən prosesləri diqqətlə analiz etmək lazımdır. Müqəddəratı sadəcə döyüşən ordular həll etmir. Zelenskynin ətrafında yetərincə satılmışlar var. Belə olan halda ölkəni içdən və xaricdən sarmış düşmənlərlə başa çıxmaq lazımdır. Bu vəziyyətdən bütün postsovet dövlətlər dərs çıxarmalıdırlar. Hər birində hələ də yetərincə rusa qibtə edən qul təfəkkürlü yüksək çinli məmurlar var”. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?