Təhsil niyə çökür? - MÜSAHİBƏ

07:50 18-03-2022 | icon 513 | Təhsil
Təhsil niyə çökür? - MÜSAHİBƏ

Dinarə Məmmədova: "Gənc nəslin danışıq dili dəyişib, təhsil sistemi də dəyişməlidir"

 

Pandemiya başlayandan sonra daha da bərbad duruma düşən təhsilimizin bu günü olduqca acınacaqlı görünür. Şagirdlərdə savadsıqlaşma artıb, müəllimlərin əksəriyyətində tənbəllik yaranıb. Üstəgəl müəllim-şagird-valideyn münasibətlər sistemindəki pozuntular təhsil üçün heç də yaxşı nəsə vəd etmir. Sanki yavaş-yavaş məktəb deyilən təhsil ocağı muzeyə çevriləcəkmiş kimi bir fikir formalaşmaqdadır.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

 

- Dinarə xanım, bu gün ölkədə təhsil sistemi hansı səviyyədədir?

 

Təhsil sistemi çox böyük anlayışdır. Bura bir çox məsələlər daxildir və dediyim kimi, çox geniş, əhatəli anlayışdır. Müəllimlərin əmək haqqının formalaşdırılması, tədris planı, dərs metodologiyası, şagirdlərlə davranış və sair kimi məsələlər. Bu gün təhsil sistemi yüksək səviyyədə deyil. Bir çox məsələlər həll olunmayıb. Yenə də məktəblərdə bayram pulu, fond pulu yığılır. Müəllimlər məktəbdə dərs deməyə maraqlı deyilər, repetitorluğa üstün verirlər.  

 

- Son vaxtlar məktəblərdə tez-tez rast gəlinən şiddət halları ilə bağlı nə deyə bilərsiniz?

 

 

Bu gün əsas məsələlərdən biri də məktəblərdəki şiddət halları ilə bağlı məsələdir. Şagirdlərin müəllimə, müəllimin şagirdlərə olan şiddət, artıq çox böyük problemlərə yol açır. Məncə bu problemin əsası yuxarıda qeyd etdiyim fond pulun, bayram pulun yiğılmasıdır. Uşaq pulu aparıb bir başa müəllimə verir. Müəllim də şagirddən pulu götürəndən sonra onun gözündən düşür. Yuxarı siniflərdə bu daha çox hiss olunur. Artıq müəllim şagirdlərdən dərsi oxumağı tələb edəndə, onlar ona cavab qaytarırlar ki, onsuz da qiyməti yazacaqsan, sənə pul vermişəm. Bax problem bundadır.

 

Tədris programı da çox ağırdır. 30 il əvvələ nəzər salsaq görərik ki, o illər dərs yükü az idi, məktəblilər daha çox öyrənə bilirdilər. Amma indi çətin fənnlər daxil olub. Sizcə, bu sistemə keçmək nə dərəcədə doğru idi?

 

- 30 il əvvəl informasiya ala biləcəyimiz mənbə bir-iki televiziya kanalı idi. İndiki internet dövründə uşaqların informasiya almaq mənbələri kifayət qədər müxtəlifdir. O zamanlar hansısa bir mövzunu araşdırmaq istəyirdiksə, gedirdik kitabxanalara. Amma indi internetdə istənilən bir mövzu ilə bağlı yüzlərlə mənbə tapmaq olur. İndiki uşaqlar daha çox məlumat ala bilirlər. O vaxt bir qohumumuzu görmək üçün ya onun ev telefonuna zəng edərdik, ya da onların evinə gedərdik. İndi isə bunları görüntülü zənglər əvəzləyib. Buna görə də yanaşma çox dəyişib. Gənc nəslin danışıq dili dəyişib. Texnologiyalar onları başqa cür formalaşdırıb. Biz bu duruma uyğunlaşmağa məcburuq. Təhsil sistemi də müasir tipli olmalıdır.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ

“Qarabağ naminə qalib ol!” - MARAFON

Bu sərəncam 3000-ə yaxın şəxsə şamil olunacaq

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Xəyallar gerçəkləşir