Qazax Müəllimlər Seminariyasının tarixi binası təmir olunur

09:57 21-03-2022 | icon 556 | Təhsil
Qazax Müəllimlər Seminariyasının tarixi binası təmir olunur

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin reyestrində olan Qazax Müəllimlər Seminariyasının tarixi binasının təmir və bərpası həyata keçirilir”.

 

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, sözügedən yenidənqurma işləri Seminariyaya yaxın yerləşən və Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli Sərəncamı ilə Mədəniyyət Nazirliyinin balansına verilən İsrafil ağa hamamına da şamil edilir:

 

“Bu tarixi abidə yenidənqurma işlərindən sonra təhsil ocağı kimi fəaliyyət göstərməklə yanaşı, vaxtilə Qoridə təhsil almış Üzeyir Hacıbəyli, Firudin bəy Köçərli kimi maarifçilərimizin irsini yaşadacaq. Seminariyanın binası təhsil və mədəniyyətin sintezini özündə əks etdirərək muzey və incəsənət mərkəzi kimi xidmət göstərəcək. Tarixi bina yeni məzmunda, lakin azərbaycançılıq məfkurəsi əsasında yeni nəsil maarifpərvərlər yetişdirəcək, ədəbi-bədii və elmi tədbirlərə ev sahibliyi edəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...