İşğaldan azad olunan ərazilərdə YENİ MƏKTƏBLƏRİN ANONSU

12:02 04-05-2022 | icon 489 | Təhsil
İşğaldan azad olunan ərazilərdə YENİ MƏKTƏBLƏRİN ANONSU

“Azərbaycan təhsilinin son 50 ildəki inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

 

Versus.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

 

Nazirin sözlərinə görə, 70-ci illərdə məktəb şəbəkəsinin genişləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır:

 

“Belə ki, hazırda ölkədə 4400 məktəb fəaliyyət göstərirsə, 70-ci illərin əvvəllərində bu say 765, 1970-ci illərin sonunda isə 2 117 idi. Bu da o deməkdir ki, bu göstərici üç dəfə artmışdı. Bundan başqa, ölkədə ali təhsillilərin sayı 70 mindən 100 minə kimi artıb”.

 

E.Əmrullayev qeyd edib ki, ulu öndərin təhsil sahəsindəki siyasəti onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

 

“Xaricdə təhsil proqramından yararlanan bir azərbaycanlı kimi qeyd edə bilərəm ki, bu, təhsil almaq imkanı baxımından gözəl şəraitdir. Təhsil sahəsindəki təşəbbüsləri sonrakı 50 ildə daha aydın görmək mümkündür. İndiki gənc nəsil onlar üçün yaradılan bütün şəraitdən lazımi səviyyədə istifadə etməlidir.

Azərbaycan cəmiyyətinin yeni şanlı səhifəsi açılıb. Azərbaycan məktəbinin məzmunu Zəfərin öyrənildiyi yerdədir. Şuşa və Ağdamda məktəblər inşa edilir. Cəbrayılda, Suqovuşanda, Zəngilanda da yaxın vaxtlarda məktəblər istifadəyə veriləcək və orada da zəng çalınacaq”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB