Fransa Senatının Azərbaycanla bağlı ədalətsiz qətnaməsi

23:43 16-11-2022 | icon 364 | Siyasət
Fransa Senatının Azərbaycanla bağlı ədalətsiz qətnaməsi

Qənirə Paşayeva: "Bu məsələni BMT Baş Assambleyasında davamlı qaldırmalıyıq"

 

Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu gün Milli Məclisin iclasında çıxış edərək Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi ədalətsiz, böhtan və yalanlarla dolu qətnaməsinə sərt etiraz edib.

 

Versus.Az-ın məlumatına görə millət vəkili çıxışında qeyd edib ki, Fransa bu gün işğalçı dövlətdir:

 

“Bu barədə BMT Baş Assambleyasının qəbul etdiyi sənəd də var. Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayoyu oşğalda saxlamaqda davam edir. BMT Baş Assambleyası 1994-cü ildə Qəmər Federativ İslam Respublikasının Mayot adası üzrə suverenliyini bir daha təsdiq etsə də Fransa qətnaməni icra etməkdən boyun qaçırır".

 

Q.Paşayeva vurğulayıb ki, bu məsələ BMT Baş Assambleyasında davamlı qaldırılmalıdır:

 

"Fransa Ruandada, Əlcəzairdə soyqırımlar törədib. Biz də Fransanın müsəlmanlara qarşı törətdiyi soyqırımlarla bağlı qətnamə qəbul edək. Burada Türk dövlətlərinə müraciət etməliyik. Çünki qətnamədə türklər hədəf alınıb. Türk dövlətləri, islam dünyası buna öz etirazını bildirməlidir. Ən sonda biz Fransada yaşayan bütün türk kökənli yarım milyona yaxın insanlara, Fransada seçici olan insanlara çağırış edirik ki, seçici olaraq buna etirazınızı bildirin”. Çıxışı daha geniş buradan izləyə bilərsiniz".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ