"Revanşizm hərəkatının əsas mənbəyi Qarabağdakı ermənilərdir"

11:59 18-11-2022 | icon 285 | Siyasət
"Revanşizm hərəkatının əsas mənbəyi Qarabağdakı ermənilərdir"

Aydın Quliyev: "Yeni hərbi əməliyyatların keçiriləcəyini istisna etmirəm”

 

2020-ci il 10 noyabr tarixində üçtərəfli sazişə imza atan işğalçı Ermənistan hələ də həmin sənədə əsasən götürdüyü öhtəlikləri yerinə yetirmir. Erməni hərbçiləri yenə də Azərbaycanla sərhəddə atəşkəsi pozur, hələ də Qarabağda qalan erməni silahlı dəstələri nəinki çıxarılır, əksinə yenidən silahlanır, bölgədə gərginlik, müharibə ocağı  yaradırlar. Erməni havadarları isə beynəlxalq kürsülərdə Azərbaycanı az qala bölgədə münaqişə yaradan dövlət olaraq dünyaya təqdim etmək cəhdlərindən əl çəkmirlər.

 

“Azərbaycan öz ərazisində gərginlik ocağını yaradan,  erməni silahlılarına qarşı nə vaxta qədər səbr göstərəcək” sualı öz aktuallığını saxlayır. Ümumilikdə isə ermənilərin regionun təhlükəsizliyinə əsas təhdid olaraq qalması yeni müharibə, antiterror əməliyyatlarının baş vermə ehtimalını nə dərəcədə reallaşdıra bilər. Sülhə gəlməyən, torpaq iddiasından əl çəkməyən Ermənistan müharibə istəyir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, bu gün keçmiş Dağlıq Qarabağ münaqişəsi üzərindən bölgədə yeni müharibə təhlükəsinin yaranmasından yalnız nəzəri olaraq danışmaq mümkündür.

 

Ekspert hesab edir ki, həqiqi mənada müharibə perspektivləri o qədər də böyük deyil. Çünki bu gün bölgədə həqiqətən müharibəni başlamaqda  maraqlı ola biləcək hər hansı qüvvə yoxdur:

 

“Ermənistan real müharibədən çəkinsə də, hərbi gərginlik, sərhəd toqquşmalarını yaratmaqda maraqlıdır. Ermənistanın real müharibədə maraqlı olması yalnız o halda mümkün ola bilərdi ki, özündə o gücü hiss etsin. Ancaq  başa düşür ki, müharibə baş verərsə bu Ermənistanın bir dövlət kimi məhvinə gətirib çıxaracaq. Ona görə də Ermənistan bu gün daha çox həm sərhədlərdə, həm də keçmiş Dağlıq Qarabağın bu gün ermənilər yaşayan ərazilərdə hərbi gərginliklərin, atəşkəsin pozulmasının intensiv şəkildə baş verməsində maraqlıdır.  Ermənistana maraqlıdır ki, bütün dünyanı Qarabağ münaqiəsinin həll olunmadığına və bunun üçün yeni beynəlxalq mexanizmlərə ehtiyac olduğuna inandırsın. Bu mənada Ermənistan daim həm sərhədlərdə atəşkəsi pozur, həm də Qarabağın ermənilər yaşayan bölgələrində gərginliklər yaradır”.  

 

A.Quliyev bu mənada bildirib ki, Azərbaycan müharibədə maraqlı olmasa da, sərhədlərdə, Qarabağın ermənilər yaşayan bölgələrinin ərtafında hərbi əməliyyatların olacağı istisna edilmir. Çünki bu gün Qarabağın ermənilər qalan hissələrində revanşizm və müharibə qızışdırıcılığı hissləri daha güclüdür:

 

“Bir vaxtlar Qarabağda separatizmin hərəkətverici mənbəyi Ermənistanın özü idisə, bu gün separatizm və qisasçılıq,  revanşizm hərəkatının əsas mənbəyi Qarabağdakı ermənilərdir. Bu gün əsas separatizm yuvası Yerevan yox, Xankəndidir”.

 

Bu mənada A.Quliyev hesab edir ki, mövcud gərginlik müharibəni yaradacaqsa, bu ermənilrin yaşadığı bölgələrin ətrafında ola bilər. Çünki Qarabağın ermənilər yaşayan hissəsində vəziyyəti gərginləşdirmək istəyənlər təkcə ermənilər yox, onların bu siyasətinə göz yuman Rusiyanın sülhməramlı qüvvələridir:

 

“Əgər belə olmasaydı rus icmasının yaradılması, rus icması ilə bərabər rus vətəndaşların burada kök salmasına şərait yaradılmazdı. Yaxud, Qarabağda ermənilərin yaşadığı ərazilərdə ermənilərin sayının artırılması üzərində belə ciddi-cəhdlə siyasət aparılmazdı. Ona görə də yeni müharibə olmasa da, yeni hərbi vəziyyətin yaranmasını istisna etmək olmaz. Ermənistan və separatçılar qüvvədə olan sənədlərin icrasına səy göstərməyəcəklərsə, əksinə o müddüəların yerinə yetirilməsinə  qarşı pozuculuq hərəkətləri edəcəklərsə antiterror əməliyyatlarının keçirilməsinə əsas yaranacaq. Çünki iki il keçməsinə baxayaraq Ermənistan 10 noyabr sənədinin icrasını nə qismən,  nə də tam şəkildə yerinə yetirməyib. Belə olan şəraitdə Qarabağda ermənilər yaşayan bölgələrdə, qanunsuz silahlı qüvvələrin Xankəndidən çıxarılması, həmin ərazilərdə Azərbaycanın həqiqi suveren hüquqlarının bərpası üçün yeni hərbi əməliyyatlar keçirəcəyini istisna etmirəm”. (hafta.az)

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ