NATO PA Rusiyanı terrorçu dövlət kimi tanıdı

09:36 22-11-2022 | icon 385 | Dünya
NATO PA Rusiyanı terrorçu dövlət kimi tanıdı

NATO Parlament Assambleyası (PA) Rusiyanı terrorçu dövlət kimi tanıyıb və rusiyalıların cəzalandırılması üçün xüsusi beynəlxalq tribunal yaratmağa çağırıb.

 

Bu barədə hakim “Xalqın xidmətçisi” partiyası “Telegram”da məlumat verib.

 

“NATO-nun bütün 30 ölkəsi nümayəndə heyətimizin təklifini dəstəkləyib. Belə bir tribunal təkcə  hərbi cinayətkarların birbaşa iştirakçılarını deyil, həm də Rusiyanın ali rəhbərliyini mühakimə etməyə imkan verəcək. Qətnamə NATO-ya bütün üzv ölkələrin hökumətlərinə və parlamentlərinə göndəriləcək” – deyə Ukraynanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri bildirib.

 

Onun sözlərinə görə, NATO PA-nın qətnaməsi Ukraynaya silah tədarükünün artırılması, Ukraynanın NATO-ya üzv olması üzrə konkret addımların işlənib hazırlanması və Ukraynaya vurulmuş zərərə görə Rusiyadan reparasiyaların alınması mexanizminin yaradılması üçün önəmlidir.

 

Bundan başqa, qətnamədə NATO-nun Ukraynanı lazım olduğu qədər dəstəkləyəcyinə dair alyansın mövqeyi təsbit edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...