Hədəf Rusiyadır

16:33 09-12-2022 | icon 417 | Siyasət
Hədəf Rusiyadır

Rauf Qurbanov: "Fransa Qərbin əsas qızışdırıcı oyunçusu kimi ortaya atılıb"

 

“Fransanın Azərbaycana qarşıı sərgilədiyi qərəzli, haqsız mövqe yeni deyil. İstər Fransa, istərsə ABŞ Rusiyanı regiondan çıxarmaq üçün istənilən addımı atmağa hazırdır. Qərb Rusiyanı bölgədən çıxatmaq istəyir. Fransanın regiona beynəlxalq missiya gəlməsinə heç vaxt imkan verməz. Ümumən NATO ölkələrinin regiona yaxınlaşmasını özü üçün təhlükə görən Rusiya regionda vəziyyətin stabilləşməsində maraqlıdır. Biz bunu 44 günlük müharibədə gördük”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov bldirib.

 

R.Qurbanov hesab edir ki, öz maraqları müstəvisində Rusiyanı bölgədə əsas aktor kimi təqdim edənlər özünün təhlükəsizliyi naminə və bu bölgədə qalması üçün Ermənistanı əldən vermək istəmir:

 

“Bunun üçün onun da maraqlarına uyğun müəyyən gedişlər edir. Amma bu da gərginlik yaratmaq məqsədi deyil. Rusiya-Ukrayna fonunda regionda gərginliyi yaradanlar Fransa, ABŞ-dır. Qərb Rusiyanın Ukraynada zəiflədiyini iddia edərək və buna ümid edərək bölgəyə təsir imkanlarını azaltmaq üçün Ermənistanı müharibə yaradan vasitə kimi əlində saxlayır. Rusiya özünün təhlükəsizliyi baxımından qərbin beynəlxalq missiya ilə Qarabağa daxil olmasını istəməz”.

 

Regionda müharibədən sonra Rusiya sülhməramlı kontingentinin bölgəyə daxil olmasını real vəziyyətə adekvat hesab edən R.Qurbanov bildirdi ki, əgər Rusiya hazırda bölgədə mövcuddursa, o zaman yeni bir gərginlik yaratmaqla hansısa digər gücün, Fransanın, ABŞ-ın Qarabağa gəlişinə zəmin hazırlaması hansı məntiqlə mümkün ola bilər.

 

R.Qurbanov birmənalı şəkildə Rusiyanın gərginlik yaradan tərəf kimi təqdim edib yanlış tərəf kimi də təqdim olunmasını yanlış hesab edir. O, belə bir geosiyasi mənzərədə guya Rusiyanın Qarabağda hərbi baza yaratmaq istəyi ilə bağlı bəzi ekspertlərin verdiyi rəyləri də düzgün saymayıb. Onun fikrincə, Rusiyanın Ukrayna ilə müharibə kontekstində iqtisadi gücü zəiflədiyi üçün bu iddialar yersizdir:

 

"Hərbi baza yaratmaq üçün milyonlarla maliyyə vəsaiti tələb olunur. Bir neçə əsgəri bir yerə toplamaqla kimsə bunun bazaya çevriləcəyini düşünürsə, yanılır. Hələlik Rusiyanın buna iqtisadi gücü çatmır. Bir sözlə, Qərb Rusiyanı gərginlik yaradan tərəf kimi hədəfə götürməklə özünü gizli saxlayıb regiona daxil olmaq üçün belə əks təbliğatını aparır. Fransa Qərbin qızışdırıcı əsas oyunçu kimi ortaya atılıb". /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?