Deputatın göz yaşları
Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Tahir Kərimli autizm xəstələrinin üzləşdiyi problemlərindən danışarkən göz yaşlarını saxlaya bilmədi.
Versus.Az xəbər verir ki, çıxış edən deputat Tahir Kərimli autizm xəstələri üçün xüsusi binanın tikilməsinin zəruriliyini qeyd edib.
“Autizm xəstələrinin reabilitasiya mərkəzi 8 ildir bina ilə təmin etmək üçün müraciət etmədikləri ünvan yoxdur. Amma onların müraciəti cavabsız qalıb. Axı belə ola bilməz. Mən autizm xəstələrinin çətinliklərini görməsəydim, onu ürəkağrısı ilə burada qaldırmazdım. Ağsuda ana öz övladını evdə kəndirləyib otaqda bağlı vəziyyətdə saxlayır. Autizm xəstələrinin analarının göz yaşlarını görmək dəhşətdir.
Bu xəstələrin reabilitasiyası üçün xüsusi bina lazımdır. Bu o qədər də böyük vəsait tələb etmir. Kimsə restoran tikdirmək istəsə, ona yer ayrılır, amma bu cür problemli xəstələr üçün bina tikilməsinə yer verilmir. Məsələyə bu cür biganə yanaşmaq olmaz.
Sabah bizim də övladlarımız belə xəstə ola bilərlər, kimsə buna zəmanət verə bilməz. Odur ki, mən aidiyyəti qurumlara yalvarıram, onlardan xahiş edirəm, həmin xəstələr üçün bina tikilməsinə şərait yaradılsın”, - deputat qeyd edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"