"Makron Ermənistanı çökdürəcək"

12:35 30-12-2022 | icon 689 | Geopolitika
"Makron Ermənistanı çökdürəcək"

“Makronun sayəsində Cənubi Qafqazda müharibə ola bilər"

 

 

Fransanın Azərbaycana qarşı qərəz və böhtan dolu erməni münasibəti davam edir. Məlum olduğu kimi rəsmi Bakı buna görə Fransaya nota verib. Fransa siyasətçilərinin işğalçı, monoetnik, insan hüquq və azadlıqlarını ciddi şəkildə  pozan, cinayətkar bir ölkəyə, onun yanlış siyasətinə  havadarlıq etməsi, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan  haqqlarını pozaraq işğalçı ermənidən çox ermənilik etməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılana bilməz. Maraqlıdır ki, bu dövlət Azərbaycan daxilində ictimaiyyət nümayəndələrinin öz hüquqlarını tələb etməsi ilə bağlı dinc aksiyalara da müdaxilə edərək, qərəz nümayiş etdirir.

 

Ölkə ictimaiyyəti Fransa parlamentində Azərbaycana qarşı əsassız ittihamların səsləndirilməsi, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində addımlar atılması qəbuledilməz hesab edir. Fransa Azərbaycana qarşı anti-Azərbaycan tədbirləri və bəyanatlarını kampaniya halına gətirməklə regionda vəziyyəti hara sürükləməyə çalışır, nəyə nail olmağa çalıışır?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, Fransa bu davranışı ilə Cənubi Qafqazı müharibəyə sürükləyir ki, bu da nəticədə Ermənistanın tamam dağılmasına səbəb ola bilər.

 

Onun fikrincə, Fransa region maraqları üzərindən Ermənistana dəstək versə də, başa düşməlidir ki, onun Azərbaycana qarşı apardığı siyasət yanlışdır, axırı yoxdur:

 

“Azərbaycan tərəfi Fransanın təzyiqlərinə baxmayaraq Makronun heç bir istəyini həyata keçirməyəcək və qəbul etməyəcəkdir. Bu gün Fransa Cənubi Qafqazda bir tərəfdən Rusiyaya, digər tərəfdən Azərbaycana,  üçüncü tərəfdən Türkiyəyə qarşı mübarizə aparır. Fransa düşünür ki, onlar Ermənistanla birlikdə regionda ortaq maraqlarını həyata keçirdə bilərlər. Təəssüflər olsun ki, məhz elə Makronun sayəsində yenidən Cənubi Qafqazda qan tökülməklə, region müharibə meydanına çevrilə bilər. Bunu rasional düşünməyi bacaran siyasətçi başa düşməli idi. Təəssüflər olsun ki, Makron və onun apardığı siyasət bölgəni uçuruma aparmaqdadır. Digər tərəfdən Fransa Cənubi Qafqazda da əslində  anqlosaksların yaratmış olduğu oturuşmuş sistemi pozmaq niyyətindədir”.

 

Z.Məmmədov qeyd edib ki, biz 2022-ci ildə Fransanın  bu və ya digər şəkildə beynəlxalq hüququ heçə saydığını müşahidə etdik:

 

“Fransa haqsız olaraq Azərbaycanın daxili işlərinə qarışdı. Paris “sülh “ adı altında əslində  sülhə xələl gətirən qərarlar verdi.  Eyni zamanda Fransanın  aparmış olduğu  siyasət ona gətirib çıxartdı ki, Avropa İttifaqının təmsilçiliyi ilə davam etdirilən Ermənistan-Azərbaycan sülh danışıqları iflasa uğradı və Paşinyanla Makron Fransanı danışıqlar prosesinə cəlb etmək çün birgə səylər göstərməyə başladılar.  Sentyabr ayında Avropa İttifaqının xüsusi missiya ilə bağlı qərarın verilməsi, oktyabr ayında o missiyanın Qərbi Zəngəzur torpaqlarına gəlişi, daha sonra Makron və Paşinyanın Laçın yoluna beynəlxalq missiyanın gətirilməsi ilə bağlı cəhdlər göstərmələri, eyni zamanda Fransa Parlamentində qəbul olunan qətnamələr və bəyanatlar sülh prosesinə ciddi şəkildə xələl gətirdi və nəticə etibarilə bu gün görürük ki, regionda sülhdən daha çox müharibə ehtimalı müşahidə olunur”.

 

Z.Məmmədov qeyd edib ki, Parisdə belə bir fikir var ki, Xankəndində separatçıları müdafiə etməklə, separatçıları silahı yerə qoymaqdan yayındırmaqla Ermənistanın maraqlarını qorumuş olur, Azərbaycanın tam qələbə qazanmasına maeə olacaqlar:

 

“Paris başa düşməlidir ki, 44 günlük müharibəyə qədər də Fransa ermənilərə istəniən dəstəyi verib, ölkəmizə qarşı hədyanlarla çıxış edib. Amma müharibə prosesində biz göstərdik ki, heç kim burdakı proseslərər qarışa bilməz. Əgər Fransa Aərbayacanı BMT Təhlükəsizlik Şurası ilə qorxudursa, buyurub həmin şurada istənilən iclasları keçirə bilər. Bu amil də Azərbaycanı öz haqlı mövqeyindən, haqlarından çəkindirəcəyəcək. Azərbaycan separatçılarla bağlı, Ermənistanla bağlı mövqeyini  göstərəcək. Azərbaycan daim çalışır ki, Fransa ilə münasibətlərdə gərginlik aradan qaldırılsın. Təəssüflər olsun ki, Fransa düzgün mövqe sərgiləmir.  Nə qədər ki, Fransa kimi dövlətlər Azərbaycana maniə olmağa çalışacaqlar, onlar Türkiyənin iri addımlarla regionda yer almasına nail olacaqlar”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?