2022-ci il nə ilə yadda qaldı?

14:58 30-12-2022 | icon 766 | Siyasət
2022-ci il nə ilə yadda qaldı?

 "Bu, aparılan siyasi islahatların bir tərkib hissəsidir”

 

“Partiyamız  məhz bu il qeydiyyata alınıb və əslində bu, aparılan siyasi islahatların bir tərkib hissəsidir”.

 

Bunu Versus.az-a Yeni Yol Partiyasının sədri Ramil Hüseynov 2022-ci ilin hansı siyasi, hərbi olaylarla yadda qalması ilə bağlı açıqlamasında bildirib. 

 

R. Hüseynov 2022-ci ilin iqtidar - müxalifət dialoqu və yeni konfiqurasiyanın yaranması müstəvisində uğurlu hesab edərək, rəhbəri  olduğu partiya üçün də önəmli il sayıb.   

 

"Partiyamız qeydiyyatdan əvvəl heç bir dialoq prosesində iştirak etməyib. Buna baxmayaraq hakimiyyətin siyasi partiyalar arasında münasibətlərin sağlam təfəkkürlə tənzimləməsinə  müsbət yanaşırıq. Bu addımlar bizim ölkəmizin, xalqımızın, dövlətimizin möhkəmlənməsinə, firavanlığına, siyasi səhnəyə yeniliyin gəlməsinə yönəlib. 2022-ci ildə dövlətin siyasi partiyalarla bağlı atdığı addımlar, islahatlar, siyasi partiyalar haqıqnda qanun və bu sahədə atılan addımları nəzərə alsaq, bütün bunlar ümumi inkişafımıza xidmət edəcək. Hakimiyyətin yeni yaranan partiyaların qeydiyyata alınması ilə bağlı atdığı bu addımları da bu hadisələrin tərkib hissəsi hesab edirəm”. 

 

R.Hüseynov 2022-ci ildə baş verən əm mühüm məsələlər fonunda 12 -14 sentyabr hadisələrini qeyd edib:

 

“Məhz həmin tarixdə ermənilərin geniş miqyaslı və riyakar təxribatının qarşısını alarkən balalarımız, qardaşlarımız Şəhid oldular. Allah bütün Şəhidlərimizi  rəhmət eləsin”.

 

Partiya sədri, bu il vətəndaş cəmiyyətinin Laçın-Xankəndi yolunda keçirdiyi dinc aksiyalarını 2022-ci ildə davam edən mühüm hadisələrin zirvəsi adlandırıb:

 

“Hazırda ekofəalların ölkə ərazisində ekoloji soyqrımın qarşısını almaq üçün keçirdiyi dinc aksiyalar dövlətimizin maraqları baxımından önəmlidir”.

 

Partiya  sədri qeyd edib ki, dövlətimiz istər daxili siyasət müstəvisində,  istərsə də siyasi partiyalarla bağlı aparılan islahatlar, hərbi-siyasi, beynəlxalq istiqamətlərdə, eləcə də tarixi torpaqlarımıza qayıdışımızla bağlı 2022 -ci ildə qurulan təməllər, baza üzərindən yeni ilə qədəm qoyacaq. Onun fikrincə, 2023-cü il köhnə ildə təməli qoyulan yeni konfiqurasiyanın inkişafı üşün bütün zəruri tələblərin yerinə yetirlməsi üçün geniş imkanlar yarada bilər.   

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...