HƏDƏF: Qərbi Azərbaycana QAYIDIŞ
Fuad Əliyev: "Cəmiyyət olaraq bu məsələdə çox aktiv olmalıyıq"
“Vətən müharibəsindən sonra əsas hədəfimiz azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını reallaşdırmaqdır”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Partiya sədri vurğulayıb ki, dövlət başçısı İlham Əliyev dekabrın 24-də çıxışında bu məsələyə xüsusi toxunub:
“Vətən müharibəsindən sonra əsas hədəfimiz azərbaycanlıların Qərbi Azərbaycana qayıtmasıdır. Dövlət başçısı İlham Əliyev çıxışında qeyd etdiyi kimi, Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın qayıdışı dövlət üçün prioritet məsələdir. Hesab edirəm ki, biz hamımız, cəmiyyət olaraq bu məsələdə çox aktiv olmalıyıq. Hədəfimiz bəlli. İndi qalıb təbliğat işlərin gücləndirilməsi. Artıq partiya olaraq Qərbi Azərbaycanla bağlı topladığımız tarixi materialları hissə-hissə ingilis və rus dillərinə tərcümə edərək əməkdaşlıq etdiyimiz xarici ölkələrin partiyalarına, Avropa Parlamentinin deputatlarına və beynəlxalq təşkilatlara göndəririk”.
Fuad Əliyevin fikrincə, əgər ermənilər Azərbaycan qanunlarına uyğun qaydada Qarabağ iqtisadi zonasında yaşıyacaqlarsa, onda Azərbaycanın tarixi torpaqları hesab olunan, indiki Ermənistanda yaşamış və sonra deportasiya olunan soydaşlarımızın qayıdışı və onlara yaşamaq üçün həmin hüquq verilməlidir:
“Əgər Qarabağ erməniləri Azərbaycanda yaşamaq istəyirsə, bizim soydaşlarımıza da dədə-baba torpaqlarımızda yaşamaq hüququ verilməlidir. Hesab edirəm ki, ermənilər Azərbaycanda hansı şəraitdə yaşayacaqsa, bizim soydaşlarımız da Ermənistanda o şəraitdə yaşamalıdır. İnanıram ki, belə də olacaq”.
SEVDA
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"