Postmüharibə dönəmində maskası yırtılan İranın ÇABALARI

12:11 09-01-2023 | icon 518 | Siyasət
Postmüharibə dönəmində maskası yırtılan İranın ÇABALARI

Fuad Əliyev: "İran normal qonşuluq münasibətlərini davam etdirməkdə özü maraqlı olmalıdır”

 

İranın ölkəmizə qarşı təxribatları davam etməkdədir. İndi də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü, general Əlirza Tanhay Azərbaycanı hədələyib. Bu barədə “Ahrargil” Analitik Xəbər Mərkəzi məlumat yayıb.

 

Doğrudanmı üç qonşu ölkə liderlərinin sammiti aradakı ziddiyyətləri aradan qaldıra, İranın Azərbaycana qarşı əsassız iddialarına və böhtan kampaniyasına son qoya bilər?

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev vurğulayıb ki, liderlərin görüşü Tehran-Bakı əlaqələrində olan gərginliyi azalda bilər:

 

“Hərçənd buna ümidim azdır. Çünki Aşqabadda keçirilən görüşdə Prezident İlham Əliyevlə iranlı həmkarı münasibətlərdə qarşılıqlı hörmətdən söz açmışdılar, çox keçmədi ki, İran rejimi əleyhimizə yenə düşmənçilik siyasətini davam etdirdi. Bunu özləri göstərdilər ki, İbrahim Rəisinin İlham Əliyevlə görüşməsi nəticə verməyib, molla rejimi Azərbaycana qarşı nifrət püskürməyindən əl çəkmək fikrində deyil. Odur ki, hətta üçtərəfli görüş olarsa, bir müddət sonra Tehran eyni ermənipərəstliyini nümayiş etdirəcək. Çünki Zəngəzur koridoru bu ölkə üçün mühüm məsələdir, ona görə erməniləri dəstəkləyirlər”.

 

ALDP lideri təklif edir ki, rəsmi Bakı Tehranla bağlı siyasətində güneylilərin hüquqlarını müdafiə prosesini genişləndirsin:

 

“İran postmüharibə dönəmində maskasını yırtıb atdı və iç üzünü hamıya tanıtdı. Bundan sonra onlardan xoş məram gözləməyə dəyməz. Əgər İran normal qonşuluq münasibətlərini davam etdirmək istəyindədirsə, özü maraqlı olmalıdır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?