Deputatın dövlətdən TƏLƏBİ

18:59 09-01-2023 | icon 371 | Siyasət
Deputatın dövlətdən TƏLƏBİ

"Nə qədər artım olsa da, bu, ehtiyacı ciddi şəkildə ödəmir"

 

"Cənab Prezidentin sərəncamı ilə əmək pensiyaları, müavinətlər, minimum əməkhaqları artır. Bu, sevindirici xəbərdir. Təbii ki, nə qədər artım olsa da, bu, insanların ehtiyacını ciddi şəkildə ödəyə bilməz. Sadəcə olaraq bütün bunlar insanların problemlərinin yüngülləşdirilməsi məqsədini güdür ki, bunu da alqışlamaq lazımdır. Hazırda cənab Prezident Nazirlər Kabinetinə məsələlərin həlli ilə bağlı 10 gün zaman verib və onlardan cavab gözləyir".



Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.



Millət vəkili məsələylə bağlı hökumətə təkliflər verib:



“Təklif edirəm ki, Nazirlər Kabineti Prezidentə verəcəyi tövsiyələrin içərisində hər bir rayonda 3-7 min arasında sosial durumu ağır olan insanlar haqqında da məlumat da yer alsın. Çünki onlara yardım olunmasa, onlar dolana bilməzlər. Onun üçün də hesab edirəm ki, həmin o təbəqənin də dövlət tərəfindən sosial paket halında yardım alması çox yaxşı olardı. Hər bir rayonda belə insanlar var.

Deputat olaraq insanlarla görüşürəm və bunları görürəm. İnsanların ünvanlı sosial yardım almaqla bağlı da problemləri var. Çünki indiki qanunun tələb etdiyi sənədlər var ki, insanlar onu ala bilmir. Bunu parlamentdə də demişəm. Onun üçün də rayonlardakı 3-7 min arası insanların da dövlət tərəfindən sosial yardım alması Nazirlər Kabinetinin təkliflərinin içində olarsa, insanlara çox kömək etmiş olardı”.



MCP sədri artımlaın daha da çox olmasını istədiyini bildirib:


“Amma bunu deməklə də olmur. Hökumət, Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlar bilir ki, dövlət büdcəsinə nə qədər vəsait daxil olur. Gəlirlərimiz nə qədərdir, hansı vəsitələrdən daxilolmalar olacaq və bunun müqabilində Nazirlər Kabineti təkliflər verir ki, pensiya, müavinətlər nə qədər artırıla bilər.

Düşünürəm ki, Neft Fondu və dövlətin digər maliyyə qaynaqları hesabına xüsusilə də qış aylarında insanlara əlavə ödənişlər etmək yaxşı olardı. Hansı ki, yanvar, fevral, mart, aprel aylarında insanların kommunal xərcləri daha çox olur, onları qarşılamaq üçün dövlət büdcəsindən kənar qaynaqlar hesabına əlavə ödənişlər edilə bilər. May ayından isə kommunal xərclərin azaldığı, nüsbətən ucuzlaşma baş verdiyi üçün insanların sosial durumu qaydaya düşür”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?