Qarabağdan hansı Rusiya vətəndaşları təxliyə olunur və səbəb nədir?

14:09 18-02-2023 | icon 266 | Qarabağ
Qarabağdan hansı Rusiya vətəndaşları təxliyə olunur və səbəb nədir?

 

 

Yayılan məlumatlara dünən əldə olunmuş razılaşmalar çərçivəsində Qarabağda olan Rusiya Federasiyası vətəndaşlarının təxliyəsi həyata keçirilib. Bu barədə Rusiya sülhməramlı kontingentindən məlumat verilib və faktı təsdiqləyən videomateriallar da yayılıb. Bildirilir ki, ümumilikdə 47 Rusiya vətəndaşı Azərbaycan ərazilərindən çıxarılıb. Onlardan səkkizi uşaqdır.

 

Hansı Rusiya vətəndaşından söz gedir və təxliyənin səbəbi nə ola biıər?

 

 

Versus.az xəbər verir ki, bu barədə  açıqlama verən hərbi-siyasi ekspertlər məsələyə fərqli aspektlərdən yanaşıblar.

 

Politoloq Asif Əsgərli  “təxliyə olunan Rusiya vətəndaşları"-dedikdə həmin şəxslərin böyük ehtimalla rus sülhməramlı kontingentində  yer alan mühəndis qrupu, yaxud onların ailə üzvlərinin olmasını  mümkün hesab edib.

 

"Rus sülhməramlılarının ailələri  Xankəndi və Xocalıda dislokasiya bölgələrində    yerləşiblər. Bu təxliyə yerdəyişmə-ratasiya ilə bağlıdır".

 

A.Əsgərli hesab edir ki, bu təxliyə heç də  bir qədər əvvəl Qarabağda vətəndaşlarımıza "Rusiya pasportların paylanması",  “Rus Mədəniyyət Mərkəzinin”, “rus icması”nın yaradılması ilə əlaqəli olan məsələ deyil.

“Nəzərə alsaq ki, Qarabağda rus şirkətləri, çalışanları yoxdur, o zaman çıxarılanlar vaxtilə Xankəndində məskunlaşan bir neçə mənşəli insanlar ola bilərlər. Onlar yaşlı rus qadınları idi. Onlar vaxtilə ermənilərlə ailə quran insanlardır.  Bütün hallarda təxliyə rus hərbçi ailələri ilə bağlı ola bilər"

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli bildirib ki, təxliyə olunan rus vətəndaşları çox güman ki, orda yerləşən,  çalışan  vətəndaşlar ola bilər.

"Bildiyimiz kimi son iki ildə Rusiya vətəndaşları özlərinə aid olmayan mülki infrastrukturun qurulması ilə bağlı fəaliyyət göstəriblər. Ola bilər ki, burda böyük ehtimalla orda çalışan Rusiya vətəndaşlarından söhbət gedir".

 

M.Məmmədli təxliyənin səbəbləri ilə bağlı konkret fikir bildirməyi  bir qədər mürəkkəb məqam olaraq qeyd edib və ehtimallar üzərində fikirlər yürütməyi daha doğru sayıb. Onun sözlərinə görə, çox güman ki,

ciddi səbəblər var ki, Rusiya öz vətəndaşlarını Qarabağdan təxliyə etmək qərarı verib.

 

"Qarşıdakı yaxın müddətdə Rusiyanın məhz hansı səbəblə öz vətəndaşlarını bölgədən çıxarmasının səbəbləri bizə aydın olacaq".

 

Tahirə Qafarlı

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR