"Ya ermənilər sakit şəkildə çıxıb getməlidir, ya da..."

14:14 18-02-2023 | icon 269 | Qarabağ
"Ya ermənilər sakit şəkildə çıxıb getməlidir, ya da..."

 

“O rus vətəndaşları olan ermənilər Laçın karidorunun bağlanmasından sonrakı mərhələdə Qarabağdan çıxarılmalı idilər. Bundan əvvəl də bir qrup rus vətəndaşı Qarabağdan təxliyə edilmişdi. İndi də növbəti qrupu Rusiyaya qaytarılır”.

 

Versus.az xəbər verir ki, bunu hərbi ekspert Elxan Şıxəliyev Rusiya sülhməramlılarının Qarabağdan təxliyə etdiyi rus vətəndaşları ilə bağlı açıqlamasında bildirib. Ekspert bu təxliyənin arxasında müharibə, yaxud antiterror əməliyyatının keçirilməsini zəruri edən məqamlara diqqət çıkib.

 

 

Ekspeertin szölərinə görə, o rus vətəndaşları olan ermənilər yeni ildən öncə “qohumlarının” yanına gələn Rusiya vətəndaşı olan ermənilərdir. Bir qrup erməni isə Ukrayna ilə müharibədən yayınmaq üçün Qarabağa gəlmişdilər.

 

“Bu təxliyə Qarabağ ərazisində mümkün ola biləcək antiterror əməliyyatı ilə birbaşa əlaqəli olmasa da, antiterror əməliyyatları istisna edilmir. Neçə ki, ərazilərimizdə əli silahlı erməni terrorçular var Azərbaycanın onalara qarşı “Fərrux”, “Qisas” kimi əməliyyatları keçirmək hüququ var. Təbii ki, keçiriləcək antiterror əməliyyatları ermənilərin davranışlarına bağlıdır. Xüsusən də Qarabada yaşayan qondarma separatçı rejim erməni birləşmələrini çıxartmalıdır. Ruben Vardanyan kimi ermənilər bölgədə qalmamalıdır. Bu tələblər tam yerinə yetirilməyənə qədər Azərbaycan istənilən vaxt hərbi əməliyyatlar keçirə bilər. Ya ermənilər sakit şəkildə çıxıb getməlidir, ya da biz bunu güc vasitəsi ilə həyata keçirməliyik”.

 

Ekspert bildirib ki, hazırda Laçın-Xankəndi yolunda keçirilən aksiyaların fonunda gözləntilər ondan ibarətdir ki, missiyalarımızın Qarabağda sərbəst hərəkətinin təmin olunması yönündə qondarma rejimin rəhbərliyindən müsbət cavablar almalıydıq. Amma bu mesajları almırıq.

 

“Deməli, ermənilər həm Qarabağda, həm də şərti sərhəddə vəziyyəti gərginləşdirilməkdə davam edir. Bu gün Qarabağada siyasi kriz danışıqlar,  sülh yolu ilə çözüləcək prosesə bənzəmir. Ermənistan artıq sərhəddə Avropanın, Fransanın almanların, polisini, əli silahlılarını, mülki missiyasını yerləşdirir və bu vəziyyəti daha da gərginləşdirir. Bu vəziyyətin gərginləşməsi üzərinə Rusiyanın narazılığı yaranır. Ermənistan vəziyyəti gərginləşdirib. Nəticədə Ermənistan Rusiya və Azərbaycan tərəfindən atılacaq addımlara hazır olmalıdır. Əslində Azərbaycan tərəfi sülh sazişini təklif edib. Ermənilər buna müsbət yanaşmır. Deməli, siyasi kriz danışıqlar  yolu ilə çözülmürsə, deməli silahlar danışacaq.  Ermənistan  bunu belə anlamalıdır və biz 2023-cü ilin sonuna qədər bu ölkəyə bir limit tanımışıqsa Ermənistan geosiayasi vəziyyəti bu il çərçivədə qiymətləndirməlidir. Gedişat onu göstərir ki, sülh sazişi imzalamaq Ermənistan üçün daha uyğun variant olacaq. Zaman və  proseslər Ermənistanın əlehinə işləyir”.

 

Ləman

Versus.az 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?