"Bu cür adamların ABŞ-dan gətirilməsi məgər problemdir?

20:24 24-02-2023 | icon 378 | Siyasət
"Bu cür adamların ABŞ-dan gətirilməsi məgər problemdir?

 

 

“Amerika indi də ənənəsinə sadiqdir. Ayrı-ayrı ölkələrdə oğurluq edənlər, rüşvət alan, korrupsiya ilə məşğul olanlar ABŞ-a qaçıb, orada sığınacaq, status alırlar. Halbuki alimlərimiz, mütəxəssislərimiz sutkalarla ABŞ səfirliyinin qarşısında dayanır ki, viza alsınlar. Onlara da çox vaxt viza vermirlər”.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin 24 fevral iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov Azərbaycan əleyhinə xaricdə iş aparanlarla bağlı prokurorluq orqanlarına çağırışında bildirib. 

 

S. Novruzov bildirib ki,  Azərbaycanda oğurluqla məşğul olan, xalqın sərvətini talayan “Akkord” şirkətinin keçmiş rəhbəri hazırda ABŞ-dadır və ölkəmizə qarşı fəaliyyət  göstərir, xalqı etirazlara çağırır. 

 

“Cinayət Məcəlləsinin korrupsiya, vəzifə səlahiyyətlərinin aşılması, rüşvətxorluqla bağlı 15 maddəsini gözüyumulu ona tətbiq etmək olar. Amma ABŞ-da oturub Azərbaycan xalqına internet vasitəsi ilə dərs, ağıl verir, insanları itaətsizliyə çağırır. Deyir ki, Azərbaycanda tikilən binaların heç biri 8 ballıq zəlzələyə dözə bilməz. Özü də bina tikən, baş oğrulardan biri olub. Çəkdiyi bir yol idi, dağıldı. Quba yolunda milyonlarla vəsait oğurlanıb. Cinayət işi açaraq, həmin şəxsi ABŞ-dan bura gətirmək nə qədər böyük problemdir? ABŞ-da ölüm hökmü ilə yanaşı, ən ağır cinayət dövlət vəsaitini mənimsəmə, vergidən yayınmadır. Bu adam dövlət vəsaitini mənimsəyib, Azərbaycan Prezidentinə, rəhbər şəxslərə böhtan atmaqla məşğuldur. Bu cür adamların ABŞ-dan gətirilməsi məgər problemdir? Bunların maddəsi üstündədir, yığınlarla pul oğurlayıb. Hansı əsaslarla Azərbaycanda zəhmətkeşlərin adından danışır? Ona görə də prokurorluq orqanlarından xahiş edirik ki, bu məsələlərə də diqqət yetirsin və məsələ hüquqi yolla tənzimlənsin”-S.Novruzov deyib.

 
T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...