Deputata qarşı teraktın təşkilatçısı və atəş açan şəxs bunlar imiş

11:52 03-04-2023 | icon 622 | Gündəm
Deputata qarşı teraktın təşkilatçısı və atəş açan şəxs bunlar imiş

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin təşkilatçı və iştirakçılarından dörd nəfərin adı məlum olub.

 

Məlumata görə, sui-qəsdin təşkilatçısı Azər Kamran oğlu Səricanovdur. 

 

O, 1976-cı ildə Salyan rayonunda anadan olub. 1993-2002-ci illərdə Qum şəhərində yaşamaqla orada təhsil alıb, təhsil aldığı müddətdə İran İslam Respublikasının (İİR) xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub. Azərbaycana qayıtdıqdan sonra İİR xüsusi xidmət orqanlarının maliyyə dəstəyi ilə xeyriyyəçilik adı altında ölkədə biznes fəaliyyəti qurub. Sonrakı müddət ərzində dəfələrlə İİR-ə səfərlər edib. İİR xüsusi xidmət orqanlarından aldığı sifariş əsasında məlum cinayətin törədilməsinin maliyyə və təşkilatı işlərini təmin edib.

 

Hadisə zamanı deputata atəş açan Şirinov Səbuhi Vəliyəddin oğlu olub. O, 1986-cı ildə Ağdam rayonunda anadan olub. Əvvəllər dəfələrlə İİR-ə səfər edib, orada olduğu müddətdə İİR xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub və döyüş hazırlığı keçib. Azər Səricanovdan aldığı təlimat əsasında məlum cinayəti icra edib.

 

Dəstənin digər üzvləri:

 

Əsgərov Elşad Tofiq oğlu – 1983-cü ildə Bakı şəhərində anadan olub. Əvvəllər dəfələrlə İİR-ə səfər edib. Məlum cinayətin törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərib. 

 

Əliyarov Emin Rafiq oğlu – 1970-ci ildə Bakı şəhərində anadan olub. Əvvəllər dəfələrlə İİR-ə səfər edib. Məlum cinayətin törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərib. /oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə